Rusiyanın “VKontakte” sosial şəbəkəsinin baş direktorunun birinci müavini Vladimir Qabrielyan və satınalmalar üzrə direktoru Sergey Merzlyakov Nenets Muxtar Dairəsində çayı keçərkən qəzaya düşüblər.
Bu barədə “RİA Novosti”yə holdinqdən məlumat verilib.
"Bu gün səhər məlum olub ki, Vladimir Qabrielyan və Sergey Merzlyakov faciəvi qəzanın qurbanı olublar. Onların yaxınlarının, yaxın dostlarının və tanışlarının dərdinə şərikik", - deyə şirkətdən bildirilib.
"Şəxslər itkin düşüb və əlverişsiz hava şəraiti onların axtarışlarına mane olub. Səhər saatlarında onların meyitləri çayın sahilində tapılıb",- KİV qeyd edib.
İlkin məlumatlara görə, Qabrielyan və Merzlyakov yolsuzluq avtomobili ilə keçirilən kampaniyada iştirak ediblər. Onlar Şöynə kəndində çayı keçmək istəsələr də, onların avtomobili aşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.