Rusiya hökuməti Vladimir Putinin yaxın gələcəkdə Rusiya Federasiyasının prezidenti olmayacağını başa düşür və ya arzulayır.
Bu barədə "Мeduza" informasiya saytı məqalə dərc edib.
Sayt prezident administrasiyasına yaxın mənbələrə istinadən hakimiyyətin getdikcə “Putindən sonrakı gələcəyi" müzakirə etməsindən yazıb.
Bildirilir ki, Kreml hətta dövlət başçısının xələflərinin adlarını gizli müzakirə edib:
“...Onların arasında Moskva meri Sergey Sobyanin, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və Baş Qərargah rəisinin birinci müavini Sergey Kiriyenko da var”, - deyə mənbələr bildiriblər.
Bundan əvvəl "Мeduza" Rusiyada bir çox elitanın Ukraynadakı müharibəyə görə Vladimir Putindən narazı olduğunu yazıb.
Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomarev də ölkədə Putinin yerinə onun konstitusiya varisi, baş nazir Mixail Mişustinin hakimiyyətə gələcəyi təqdirdə, Ukraynada müharibəni dayandırmağa çalışacağını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.