AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Nə istəyirsiniz məndən?!” - Şəfiqə Məmmədova

  • + A
  • - A
  • 7-06-2022, 16:33

    “Nə istəyirsiniz məndən?!” - Şəfiqə Məmmədova


    Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qanunsuz parkinqin rəhbərlik etdiyi ittifaqa məxsus olması xəbərinə münasibət bildirib.

    Xalq artisti Modern.az-ın əməkdaşının qanunsuz parklanma barədə sualını belə cavablandırıb: “Mən məşğulam, nə istəyirsiniz məndən, hər şeyi bilirəm, sakit olun”.

    Qeyd edək ki, Bakının Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında çoxillik ağaclar kəsilərək yerində qanunsuz parkinq yaradılıb.

    Bakı Şəhər İcra Hakimiyyəti qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığını, məsələnin Prezident İlham Əliyev tərəfindən nəzarətə götürüldüyünü açıqlayıb. Həmçinin bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb.

    “Qafqazinfo”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR