AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serebral iflic, autizm və daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri keçirilib - FOTO - ÖZƏL

  • + A
  • - A
  • 7-06-2022, 17:13

    Serebral iflic, autizm və daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri keçirilib - FOTO - ÖZƏL

    Azadmedia.az xəbər verir ki, Azərbaycanda gənclərin və idmanın yeganə ünvanı olan BrendSport.az saytı 5 iyun 2022-ci il tarixdə "Atrium” Uşaq Əyləncə Mərkəzi və "Osmanlı Yaşam" ilə birlikdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş serebral iflic, autizm və daun sindromlu uşaqlar üçün xeyriyyə tədbiri keçirib.

    200 nəfərdən çox uşağın qatıldığı tədbirdə ölkənin tanınmış insanları və rəsmi nümayəndələr də iştirak ediblər.

    "Atrium” Uşaq Əyləncə Mərkəzinin baş sponsorluğu ilə keçirilən tədbirdə "VİPLİFE", "Moskva" konfetləri, "Natural Halı", "Osmanlı Yaşam" mərkəzi, "Autizim Badamdar İdman Klubu" və BrendSport.az saytı tərəfindən uşaqlara qiymətli hədiyyələr təqdim olunub.

    Tədbirin aparıcılığını Azərbaycan Televiziyasının (AzTV) və Muğam Mərkəzinin solisti, xanəndə Könül Məmmədli ediblər.

    Tədbirdə çıxış edən BrendSport.az saytının baş redaktoru və tədbirin təşkilatçısı Bəhruz Səmədov belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, uşaqlara xoş əyləncələr arzu ediblər.

    B.Səmədov çıxışı zamanı bu tədbirlərə hər zaman öz dəstəyini göstərən "Moskva" konfetlerinə, "VİPLİFE"a, "Natural Halı"ya və Heydər Əliyev Sarayının kassalarının yaxınlığında yerləşən "Həyat Apteki"nə öz təşəkkürlərini bildirib.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR