AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında

  • + A
  • - A
  • 9-06-2022, 15:27

    TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında

    İyunun 9-da Türkdilli Ölkələrin Parlament Assambleyasının Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının videokonfrans formatında 9-cu iclası keçirilib.
    Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın TÜRKPA-da təmsil olunan nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Azərbaycan tərəfindən Milli Məclisin deputatları Cavanşir Feyziyev və Məlahət İbrahimqızı qatılıblar.
    Komissiyanın sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Erol Kayanın sədrliyi ilə keçən iclas “Xarici siyasət əməkdaşlığında parlamentlərin rolu” mövzusuna həsr olunub.
    Əvvəlcə, toplantıda qeyd olunan mövzuya dair hesabat məruzəsinin layihəsi dinlənilib. Məruzəni komissiyanın sədr müavini Sauıtbek Abdraxmanov (Qazaxıstan) təqdim edib.
    Komissiya üzvləri hesabat məruzəsini və tövsiyə qərarını TÜRKPA-nın növbəti plenar iclasında baxılması üçün təsdiq ediblər.
    Daha sonra iclas iştirakçılarına 2023-2028-ci illər üçün komissiyanın növbəti iclaslarının mövzuları və müzakirə olunacaq model qanunlar haqqında məlumat verilib.
    Bildirilib ki, növbəti illər ərzində komissiyada TÜRKPA-nın 15-ci ildönümü: Üzv dövlətlər arasında əməkdaşlıq, regional əməkdaşlığın gücləndirilməsində yerli hökumətlərin rolu, üzv dövlətlərdə Ombudsman təsisatları, Elmi və texnoloji inkişafda parlamentlərin rolu və bir sıra digər mövzularda müzakirələr aparılacaq. Bununla yanaşı, komissiyada İnformasiya təhlükəsizliyi, Əqli mülkiyyət hüquqlarının müdafiəsi, Ticarət sirrinin rəqəmsal mühafizəsi, TÜRKPA-ya üzv dövlətlərdə ali təhsil diplomlarının qarşılıqlı tanınması, yaşayış icazəsinin asanlaşdırılması haqqında model qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
    İclasda, həmçinin TÜRKPA tərəfindən təqdim olunan medalların adlarının dəyişdirilməsi ilə bağlı məsələyə baxılıb.
    Müzakirələr zamanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Cavanşir Feyziyev çıxış edərək komissiyanın gələcək fəaliyyəti barədə öz fikirlərini açıqlayıblar, təkliflərini səsləndiriblər.
    Tədbirin sonunda Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının növbəti iclasının yeri, tarixi və gündəliyi müəyyən edilib. Növbəti iclasın 2023-ci il fevral ayında Türkiyədə keçirilməsi qərara alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR