Fevralın 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (MDB PA) Büdcə-Nəzarət komissiyasının videokonfrans formatında iclası keçirilib.
İclasda MDB PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat İqbal Məmmədov, quruma daxil olan ölkələrin parlament üzvləri, MDB PA Şurası Katibliyinin vəzifəli şəxsləri iştirak ediblər.
Komissiyanın iclasında assambleyanın fəaliyyətinin maliyyələşdirilməsi, büdcənin formalaşdırılması və icrası ilə bağlı məruzələr dinlənilib, məsələlər müzakirə olunub. Həmçinin MDB PA-nın Büdcə-Nəzarət komissiyasının 2021-ci ildəki fəaliyyətinin yekunları nəzərdən keçirilib, qərarlar qəbul edilib.
İclasın yekununda komissiyanın növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.