AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür

  • + A
  • - A
  • 16-06-2022, 16:43

    15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
    Rövşən Əhmədov
    YAP Ağcabədi rayon təşkilatının sədri


    Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

    XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kuliminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Ona görə də 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.
    Artıq ölkəni idarə etmək iqtidarında olmayan AXC-Müsavat cütlüyü Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını tələb edən Xalqın qarşısında dura bilməyəcəklərini dərk edərək hakimiyyətdən əl çəkmək məcburiyyətində qaldılar.
    1993-cü ilin iyun ayının 15-də yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev demək olar ki, bütün göstəricilər üzrə bərbad vəziyyətə qalmış ölkəni məhv olmaq təhlükəsindən xilas etdi.
    Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
    Ulu Öndərin ideyaları onun siyasi varisi cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2003-cü ildə xalqın böyük dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev özünün dediyi kimi hər bir Azərbaycanlının Prezidenti oldu.
    Həmin dövrdən başlayaraq ölkə iqtisadiyyatı daha da gücləndi, müasir və modern ordu yaradıldı, xalqın rifah halı yüksəldi. Dünyanın aparıcı ölkələri, həmçinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq yüksək səviyyəyə qaldırıldı. Ermənistan tərəfindən işğal edilən torpaqların sülh yolu ilə qaytarılması üçün bütün siyasi vasitələrə əl atıldı.
    Ermənistan bütün məqamlarda münaqişənin siyasi yolla həllinə imkan verməyərək təxribatlardan əl çəkmədilər.
    2020-ci ilin sentyabrın 27-də Ermənistanın növbəti təxribatçı hücumuna adekvat cavab verildi.
    Cəmi 44 gün davam edən müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdı.
    Ona görə də Azərbaycanın keçdiyi bu yol başqa sözlə yox “Qurtuluşdan Zəfərə” adlandırmaq daha düzgün olardı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR