AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonu Şərəfə kənd Şəhidi Çavuş Vəliyev Ramazan Hilal oğlunun xatirəsi doğum günündə yad edilib - FOTO

  • + A
  • - A
  • 19-06-2022, 00:33

    Masallı rayonu Şərəfə kənd Şəhidi Çavuş Vəliyev Ramazan Hilal oğlunun xatirəsi doğum günündə yad edilib - FOTO

    Masallı rayonu Şərəfə kəndinin Şəhidi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Azərbaycan Daxili Qoşunlarının tərkibində müddətdən artıq xidmət etmiş hərbi qulluqçu Çavuş Vəliyev Ramazan Hilal oğlunun doğum günü münasibəti ilə əziz xatirəsi yad edilib.

    Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, anım günündə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, Millət vəkili Məşhur Məmmədovun köməkçisi Rəmzi Şahverdiyev Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının əməkdaşları, fəalları və Şəhid ailələri iştirak ediblər.

    Anım günü iştirakçıları şəhid Ramazan Vəliyevin məzarını ziyarət edərək, önünə güllər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin ruhlarına dualar oxunub, həmçinin xatirələri bir dəqiqəlik sükutla yad edilib.

    Daha sonra şəhidin ailəsi ziyarət edilib. Bununla yanaşı, Şəhidin valideynləri övladlarının qəhrəmanlığı ilə daima fəxr etdiklərini qeyd ediblər, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.










    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR