AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkilləri Məşhur Məmmədov və Anar İskəndərov Masallı rayonu Şərəfə kənd Şəhidi Ramazan Vəliyevin il mərasimində iştirak ediblər

  • + A
  • - A
  • 2-12-2021, 08:47



    Millət vəkilləri Masallı rayonu Şərəfə kənd şəhidinin anım mərasimində iştirak ediblər.

    Azadmedia.az-ın cənub bürosunun məlumatına görə, millət vəkilləri Məşhur Məmmədov və Anar İskəndərov Masallı rayonu Şərəfə kəndinin şəhidi Vəliyev Ramazan Hilal oğlunun il mərasimində iştirak ediblər.

    Millət vəkilləri şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə başsağlığı veriblər.


    Eyni zamanda, şəhidimizin ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıblar.

    Qeyd edək ki, Ramazan Vəliyev Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında çavuş rütbəsində xidmət edirdi. Vətən müharibəsində döyüş tapşırıqlarını icra edərkən qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdi.

    Cəbhədə göstərdiyi igidliyə, şücaətə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Ramazan Vəliyev “Vətən uğrunda” və digər medallarla təltif edilmişdi.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!
    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR