Masallı rayonunun Tüklə kəndində Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman oğullardan biri olan şəhid Nəcəfov Əli Seyran oğlunun doğum günü münasibətilə məzarı ziyarət edilib.
Azadmedia.az-ın cənub bürosu xəbər verir ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, partiya fəalları şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Şəhidin ailə üzvləri göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
ƏLİHÜSEYN ŞÜKÜROVÜlkər Piriyeva