AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Iyun ayının 24-də YAP Ağcabədi rayon təşkilatı Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirmişdir

  • + A
  • - A
  • 25-06-2022, 17:44

    Iyun ayının 24-də YAP Ağcabədi rayon təşkilatı Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirmişdir

    Tədbir iştirakçıları əvvəlcə Umummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.

    Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq qeyd etdi ki, 2 gün sonra iyun ayının 26-da Silahlı Qüvvələrin yarandığı gündür. Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı Zəfər Qələbəsinə imza atmış Ordumuzun şərəfinə ərazidə yerləşən hərbi hissələrin hərbiçilərinin, şəhid ailələrinin üzvlərinin, qazilər və müharibə veteranlarının iştirakı ilə tədbir keçirməyi qərara alaraq Sizləri tədbirə dəvət etmişik.

    Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

    Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov geniş məruzə etmişdir.

    Məruzə ətrafında Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi Qabil Rzayev, “N” saylı briqadanın komandiri Ramil Səfərli, Qarabağ müharibəsində şəhid olmuş Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva, Qarabağ müharibəsinin qazisi Cavid Allahverdiyev, şəhid bacısı Nüşabə İbrahimova çıxış etmişlər.

    Tədbirdə Partiya işində səmərəli fəaliyyətinə görə bir qrup YAP fəalı YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanı ilə təltif edildi, həmçinin YAP sıralarına daxil olan gənclərə təntənəli şəkildə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim edildi.

    Tədbirin sonunda Ağcabədi rayon Heydər Əliyev mərkəzinin bədii qiraət dərnəyinin üzvləri tərəfindən hazırlanmış bədii kompozisiya nümayiş etdirildi.












    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR