AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İyun ayının 13-də Ağcabədi rayon Mədəniyyət mərkəzində Milli Qurtuluş gününün 29-cu ildönümü münasibətilə “Qurtuluşdan Zəfərə” mövzusunda Regional Konfrans keçirilmişdir

  • + A
  • - A
  • 14-06-2022, 13:30

    İyun ayının 13-də Ağcabədi rayon Mədəniyyət mərkəzində Milli Qurtuluş gününün 29-cu ildönümü münasibətilə “Qurtuluşdan Zəfərə”  mövzusunda  Regional Konfrans keçirilmişdir


    Konfransdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri qoyularaq onun əziz xatirəsi ehtiramla yad edildi.
    Konfransda Milli Məclisin deputatları Tahir Rzayev, Fatma Yıldırım, Bəxtiyar Sadıqov, Aqil Məmmədov, Mahir Abbaszadə, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov, Yeni Azərbaycan Partiyasının Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təşkilatlarının sədrləri, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov, həmçinin YAP Ağcabədi rayon təşkilatının ərazi təşkilat sədrləri, YAP fəalları, şəhid ailələrinin üzvləri, qazilər, Partiya veteranları, iş adamları iştirak etmişlər.
    Konfransı YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq qonaqları salamlamış, dəvəti qəbul edərək konfransa qatıldıqları üçün qonaqlara təşəkkür etmişdir.
    Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın Dövlət Müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
    Azərbaycanın Dövlət Himni səsləndikdən sonra konfrans işinə başlamışdır.
    Konfransda Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev “Aqrar sahənin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir” mövzusunda, Milli Məclisin deputatı, Təbii ehtiyyatlar, Energetika və Ekologiya Komitəsinin və Elm, Təhsil Komitəsinin üzvü Fatma Yıldırım “İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərində ekoloji amillər” mövzusunda, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov “Qurtuluşdan başlayan davamlı inkişaf yolu” mövzusunda, Yeni Azərbaycan partiyası Füzuli rayon təşkilatının sədri Almaz Həşimova “Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur” mövzusunda, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev “Ölkənin siyasi sistemində Yeni Azərbaycan Partiyasının rolu” mövzusunda, Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov “Qurtuluş Böyük Qələbəyə aparan yolun başlanğıcı idi” mövzusunda çıxış etmişlər.
    Konfransin gedişində zalda əyləşən YAP fəallarının müxtəlif mövzularda verdikləri suallar Millət vəkilləri Tahir Rzayev və Fatma Yıldırım tərəfindən cavablandırıldı.
    Tədbir bədii hissə ilə yekunlaşdı.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR