AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində iştirakı strateji əhəmiyyət kəsb edir

  • + A
  • - A
  • 21-09-2022, 13:13

    Ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində iştirakı strateji əhəmiyyət kəsb edir

    2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli edilməsi ilə Azərbaycan tarixi

    qələbəyə nail olmaqla, haqqı, ədaləti, ərazi bütövlüyümüzü bərpa edərək bölgədə yeni reallıqlar yaratdı. Başqa sözlə, xalqımızın parlaq, möhtəşəm zəfər qazanması ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrildi, eyni zamanda, regionumuzda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqları şərtləndirdi. Bununla da Azərbaycan dünyada öz mövqeyi, müstəqil xarici siyasəti olan dövlət imicini daha da möhkəmləndirdi. Həmçinin, Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyinin dost və qardaş ölkələr tərəfindən müdafiə edilməsi, siyasi və mənəvi dəstək göstərilməsi də respublikamızın yeni güc mərkəzləri və yeni ittifaqlara qoşulması zərurətini meydana çıxardı. Şübhəsiz ki, bu reallıq təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılmasından irəli gəldi.
    Azərbaycan Prezidenti İlham Əliyev yorulmaz fəaliyyətində bütün bunlarla bərabər, dünyada ciddi narahatlıq doğuran hadisələr, kəskin, ziddiyyətli dəyişikliklər fonunda qlobal öhdəliklərə, sülhə, əmin-amanlığa, humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirir, sülh və təhlükəsizliyin gerçəkləşdirilməsi istiqamətində çevik, konstruktiv siyasət yürüdür. Bu, dövlət başçımızın regionda sülhü və əməkdaşlığı təşviq etməsi barədə konkret mövqeyində də özünü aydın büruzə verir və bu istiqamətdə göstərdiyi bütün səylər dünyada yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
    Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər bir ölkə olduğunu bir daha dünyaya nümayiş etdirir. Beləliklə, Azərbaycan regionda davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Respublikamız hazırda da bu istiqamətdə real addımlar atır və bölgənin yeni əməkdaşlıq formatının yaradılması məqsədilə infrastruktur layihələrinin, xüsusilə Zəngəzur dəhlizinin icrasını sürətləndirir.
    Zəngəzur dəhlizinin icrasından söz düşmüşkən, bir məqamı xatırlatmaq istərdik. Dövlətimizin başçısı çıxışlarından birində Zəngəzur dəhlizinin – Horadiz–Zəngilan–Ağbənd dəmir yolu istifadəyə veriləndən sonra regionun uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsinə əminliyini ifadə edib. Eyni zamanda, bu dəmir yolu digər nəqliyyat layihələrinin də reallaşdırılmasına mühüm təsir göstərəcəkdir.
    Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə Azərbaycan iqtisadiyyatı artıq bir neçə dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektorial strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb.
    Bir sözlə, Azərbaycanın nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması önəmli rol oynayıb. Elə buna görə də həyata keçirilən tədbirlər və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına əsaslı töhfə verməklə Azərbaycanı regionda mühüm nəqliyyat qovşağına və dəhlizlərin keçdiyi məkana çevirib. Ölkəmizin beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində iştirakı strateji əhəmiyyət kəsb edir. Azərbaycanın Avropa və Asiya ilə iqtisadi əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsi, dünya iqtisadiyyatına inteqrasiyası və beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün böyük imkanlar yaradır. Bundan başqa, belə layihələr həm də Azərbaycanın nəqliyyat sisteminin, eləcə də milli iqtisadiyyatın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Avropa ilə Asiyanı birləşdirən ən qısa nəqliyyat marşrutlarının kəsişməsində əlverişli geostrateji mövqedə yerləşməsi də Azərbaycanı ölkələrarası iqtisadi əlaqələrin yaradılmasında və gücləndirilməsində vacib faktorlardan birinə çevirilib.

    Turanxanım Mehdiyeva,
    Salyan şəhər 9 saylı tam orta məktəbin müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR