Cəbrayıldan başlayan “Böyük Qayıdış”
Azərbaycan 44 günlük Vətən müharibəsini qələbə ilə yekunlaşdırdıqdan sonra dünyaya azad etdiyi torpaqlara necə sahibləndiyini, onu necə göz bəbəyi kimi qoruduğunu nümayiş etdirir. Azərbaycan həm də onu göstərir ki, qəhrəman övladlarımızın qanı, canı bahasına azad olunan ərazilərin hər bir qarışı bizim üçün müqəddəsdir və bu torpaqları dirçəltmək vətəndaşlıq borcumuzdur. 30 illik Vətən həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanımız azad olunmuş ərazilərin bərpasına şəxsən özü nəzarət edərək, Qarabağın Baş Memarı missiyasını uğurla icra edir.
Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını-torpaqlarımızın azad olunması ilə yekunlaşan Vətən müharibəsinin ikinci ildönümünü yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın müharibədə qalib gəlməsindən altı gün sonra, noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın qazandığı şanlı qələbə düşmən üçün tarixi dərs oldu. Bu tarixi dərs 30 il ərzində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq, talançılıq üçün böyük bir cavab zərbəsi oldu. Azərbayacan öz qətiyyətli Ali Baş Komandanı, güclü ordusu, yenilməz xalqı sayəsində torpaqlarını düşmənlərdən təmizlədi. Artıq bu torpaqlarda çiçəklər açır. Artıq bu torpaqlar öz sahibindədir. Artıq bundan sonra bu torpaqlar yenidən inkişaf edəcək, yenidən burada Azərbaycan xalqı yaşayıb-yaradacaq.
Dövlətimiz tərəfindən işğaldan azad olmuş bölgələrin bərpası və inkişafı ilə bağlı konsepsiya hazırlanmışdır ki, onun da həyata keçirilməsinin mühüm istiqaməti kimi həmin bölgələrin iqtisadi potensialı, meşə, su və torpaq ehtiyatları nəzərə alınmaqla burada kənd təsərrüfatının, sənayenin, turizmin və digər sahələrin inkişaf perspektivləri nəzərə alınmışdır. Məlumdur ki, şğaldan azad olmuş ərazilər zəngin yeraltı və yerüstü sərvətlərə- filiz, əlvan metallar, qızıl, civə, xrom, əhəng, mərmər, mineral sular və s. kimi mineral ehtiyatlara və geniş kurort potensialına malikdir. Bu ərazilərdə inşaat sektoru üçün zəruri olan bir çox tikinti materialları: mişar daşı, kərpic, çınqıl, sement, əhəng daşı istehsal, üçün zəruri xammallar, tikinti qumu və s. vardır.
Bu gün əzəli sahibinə qaytarılan ərazilərdə genişmiqyaslı işlərin görülməsi, ölkə başçısının regiona ardıcıl səfərlər həyata keçirməsi, bərpa-yenidənqurma prosesinin birbaşa Prezidentin rəhbərliyi altında həyata keçirilməsi Qarabağın Azərbaycan üçün nə qədər əhəmiyyətli bölgə olduğunu təsdiqləyir.
Allah cəmi şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Var olsun Azərbaycan əsgəri!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Elşən Səfərov
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı.