Ceyhun Məmmədov,
Millət vəkiliAzərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində Qarabağla bağlı bir çox vacib məqamlara toxundu.
Onlardan biri bu günə qədər erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmaması məsələsidir. Prezident İlham Əliyev Azərbaycanın bunu tələb etdiyini, Ermənistan ordusunun bir qisminin çıxarıldığını, amma hələ də bir qisminin Azərbaycan torpaqlarında mövcud olduğunu, buna da son qoyulacağına ümid etdiyini xüsusi vurğuladı.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, artıq bütün dünya ictimaiyyəti açıq dərk edir ki, Qarabağ Azərbaycandır. Bu gün dünya birliyi bu həqiqəti artıq nəinki dərk edir, həm də bunu tələffüz edir.
Prezident İlham Əliyev onu da xüsusi vurğuladı ki, Qarabağda yaşayan ermənilər, Azərbaycan vətəndaşlarıdır və onların taleyini, onların gələcək həyatını Azərbaycan hər hansı bir ölkə ilə müzakirə etmək fikrində deyil, o cümlədən Ermənistanla. Bu, Azərbaycanın daxili işidir və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır.
Beləliklə, Prezident İlham Əliyev Bir neçə gün bundan əvvəl Ağdamda Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə bağlı səsləndirdiyi fikirləri yenidən Praqada həm Ermənistanın, həm də bütün dünyanın diqqətinə yenidən çatdırdı. Bütün bunlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin mövqeyi prinsipial və qətiyyətlidir. Azərbaycanın zamanla bütün hədəf və məqsədlərinə çatacağı şübhəsizdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.