AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat adından yazılan sitatları təkzib etdi

  • + A
  • - A
  • 8-10-2022, 15:51

    Deputat adından yazılan sitatları təkzib etdi

    Millət vəkili Məşhur Məmmədov sosial şəbəkələrdə onun adından paylaşılan sitatla bağlı açıqlama verib.

    Azadmedia.az-a danışan deputat onun adından yanlış məlumat paylaşılmasının hüquqi məsuliyyət yaratdığını qeyd edib.
    "Adımdan uydurma və cəfəng sitat paylaşanlar, bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir.

    Azərbaycanın son dövrlər beynəlxalaq arenada uğurları, Ordu-Xalq-Dövlət birliyi çörəyi vətən xainliyindən, ölkə əleyhinə yalan məlumatlar tirajlamaqdan çıxan bəzi mühacir blogerləri çox narahat edir. Qərbdəki "çörəkverənlərinə" xoş gəlmək üçün ağıllarına gələn, əslində öz ürəklərindən keçən kəlmələri utanmadan ölkənin üzdə olan rəsmi şəxslərinin adından tirajlayırlar. Sosial şəbəkə terroristləri indi də məni hədəfə almaq fikrinə düşsələr də, əməlləri fiaskoya uğrayıb. Çünki hər bir kəsin əməli, fəaliyyəti göz önündədir. Vətəndaşlara, sosial şəbəkə istifadəçilərinə məsləhət görürəm ki, belə virtual terroristlərə əhəmiyyət verməsinlər. Azərbaycanın güclü ordusu var, biz Ordumuzla fəxr edirik. Şəhid, qazi, əsgər ailələrinin qəbulu və onların problemlərinin həllinə dəstək mənim fəaliyyətimdə prioritetdir. Ölkəmizin ərazi bütövlüyü uğurunda canlarını fəda edən şəhidlər bizim baş tacımızdır!” - deyə millət vəkili bildirib.

    Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Məşhur Məmmədovun adından “Əgər əsgər qeyri döyüş şəraitində ölübsə həyasızlıq edib şəhidlik tələb etmək artıqdır” sitatı paylaşılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR