AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Akademik Gövhər Baxşəliyeva “Yeni Qazaxıstan və Şərq dünyası” mövzusunda beynəlxalq konfransda məruzə edib

  • + A
  • - A
  • 22-10-2022, 15:11

    Akademik Gövhər Baxşəliyeva “Yeni Qazaxıstan və Şərq dünyası” mövzusunda beynəlxalq konfransda məruzə edib


    Akademik Gövhər Baxşəliyeva “Yeni Qazaxıstan və Şərq dünyası” mövzusunda beynəlxalq konfransda məruzə edib.


    Bakı şəhəri 22 oktyabr 2022-ci il

    Azadmedia.az - Oktyabrın 22-də Qazaxıstanın Almatı şəhərində bu ölkənin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Yeni Qazaxıstan və Şərq dünyası: əməkdaşlığın tarixi, gələcəyi və cari məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
    Konfransa onlayn şəkildə qatılan AMEA-nın vitse-prezidenti v.i.e., akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, akademik Gövhər Baxşəliyeva “Azərbaycan-Qazaxıstan: Etnik, dini və mədəni ortaqlıqdan strateji tərəfdaşlığa və iqtisadi-siyasi müttəfiqliyə doğru” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanla Qazaxıstan arasında münasibətlərin tarixindən danışan akademik G.Baxşəliyeva bu tarixin köklərinin özünü orta əsrlərdə eyni dövlətlər tərkibində olmaqla eyni mədəniyyətə, eyni ənənəyə, eyni dil qrupuna malikliyi ilə göstərdiyini qeyd edib. İki ölkə arasında müasir dövrdə mövcud əlaqələrdən danışan məruzəçi xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına böyük töhfələr verdiyini söyləyib. Akademik G.Baxşəliyeva iki ölkə arasında münasibətlərin daha da inkişafına Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında mövcud olan qarşılıqlı etimada əsaslanan etibarlı dostluq əlaqələrinin mühüm təsir etdiyini bildirib.
    Azərbaycan Prezidenti İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 12-də Qazaxıstana işgüzar səfərindən danışan akademik G.Baxşəliyeva, səfər çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət başçılarının görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin “Azərbaycanı müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik, daim bu xəttə sadiq qalacağıq” söylədiyini xatırladaraq, Azərbaycan Prezidenti İlham Əliyevin buna əlavə olaraq “Bu müttəfiqlik ortaq köklərə və ümumi maraqlara əsaslanır” dediyini diqqətə çatdırıb.
    Akademik G.Baxşəliyeva çıxışında etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan Azərbaycan ilə Qazaxıstanın münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə və bu əməkdaşlıq formatının həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına mühüm töhfələr verəcəyinə əminliyini bildirib.


    Vüqar Məmmədov,
    AMEA Şərqşünaslıq İnstitutunun
    ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
    filologiya üzrə fəlsəfə doktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR