AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Zəfər kuboku” adlı cüdo idman növü üzrə rayon birinciliyi keçirilib - FOTO

  • + A
  • - A
  • 2-11-2022, 08:04

    Masallıda “Zəfər kuboku” adlı cüdo idman növü üzrə rayon birinciliyi keçirilib - FOTO


    Masallıda Zəfər Gününə həsr edilmiş “Zəfər kuboku” adlı
    cüdo idman növü üzrə rayon birinciliyi keçirilib.

    Azadmedia.az - 31 oktyabr- 01 noyabr 2022-ci il tarixlərdə Masallı Rayon Gənclər və İdman İdarəsinin və təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş “Zəfər kuboku” adlı cüdo idman növü üzrə uşaqlar və azyaşlı yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

    Belə ki, yarışın mükafatlandırılma mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov idmançıları Zəfər Günü münasibəti ilə təbrik edib tədbirin keçirilməsidə əsas məqsədin cüdo idman növünün rayonda təbliğ olunması və Zəfər gününü rayonda təntənəli surətdə qeyd olunmasından ibarət olduğunu bildirib.Sonda bir daha qalibləri təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.
    Mükafatlandırılma mərasimində Azərbaycan Qazilər Şurasının üzvü, Masallı, Cəlilabad və Biləsuvar rayonları üzrə qazisi Ağarəşid Talıbov və "Masallı electronics" firmasının rəhbəri Ruslan Bağışov çıxış edərək idmançılara uğurlar arzulamışlar
    Birincilikdə 70-ə yaxın cüdoçu gücünü sınayıb.
    Yarışlar gərgin və maraqlı mübarizə şəraitində keçib.
    Birinciliyin yekun nəticələrinə əsasən müxtəlif çəki dərəcələrində ilk üç yeri tutan idmançılara təşkilat komitəsinin diplom və medalları təqdim olunub.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR