Deputat Jalə Əliyeva - “Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündə də növbəti dəfə qətiyyət nümayiş etdirdi” - MÜSAHİBƏ
Milli Məclisinin deputatı
Jalə Əliyeva
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçidə Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə müzakirələrindən sonra Vladimir Putin mətbuata açıqlamasında belə deyib, “hələlik sülh müqaviləsi yoxdur.”
Ancaq Soçi görüşünü gələcək mümkün razılaşmalar üçün çox yaxşı atmosfer yaradan faydalı görüş kimi qiymətləndirmək olar.
Digər tərəfdən, 31 avqust Brüssel, 6 oktyabr Praqa və 31 oktyabr Soçi görüşlərindən sonra elan edilən üçtərəfli bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin dövlətlərin qarşılıqlı suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi Azərbaycan üçün diplomatik uğur idi.
Lakin bu bəyannamələr və şifahi razılaşmalar hələlik yekun sülh sazişinə çevrilməyib. Bir tərəfdən Ermənistan daxilindəki revizionist müxalifət, digər tərəfdən isə onları dəstəkləyən üçüncü aktorlar regionda sülhün və əməkdaşlığın onların maraqlarına uyğun olmadığını düşünərək əngəl oldular.
Bütün bunları nəzərə əlaraq, Azərbaycanla Ermənistan arasında müharibəyə və düşmənçiliyə son qoyacaq “Sülh sazişi” region baxımından necə qiymətləndirilə bilər?
“Beləliklə, Soçidə keçirilən üçtərəfli görüş başa çatdı və görüşün yekununa dair birgə Bəyanat qəbul edildi. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 31 oktyabr tarixli Bəyanatı Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, bölgədə sülhün, sabitliyin, eyni zamanda təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara birmənalı şəkildə riayət edilməsinə tərəflərin sadiqliyi təsdiq olundu.
Qeyd edim ki, Soçi görüşünün əsas və yadda qalan məqamlarından biri ölkə prezidenti cənab İlham Əliyevin bir daha qətiyyətli açıqlamaları və Azərbaycanın mövqeyinin dönməz olduğunu bir daha konkret şəkildə fikirləri ilə ifadə etməsi oldu. Yəni, artıq Dağlıq Qarabağ adlı problem yoxdur və beləliklə, status məsələsi də artıq müzakirə edilmir. Biz bundan sonra ancaq bölgədə inkişaf və iqtisadi əlaqələr haqqında danışa bilərik.”
Bu sözləri Azadmedia.az-a özəl olaraq açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. O bildirib ki,
“Bugünlərdə əlbəttə regionun və ölkəmizin diqqət mərkəzində olan Soçidə baş tutan ikitərəfli və üçtərəfli görüşlər, danışıqlar sössüz ki, böyük bir əhəmiyyət kəsb edir. Bölgədə, həmçinin Cənubi Qafqazda sülhün bərqərar olmasında, möhkəmlənməsində bölgənin daha da inkişaf etməsində çox əhəmiyyətli bir məqam olaraq qiymətləndirilməlidir. Bu bildiyimiz kimi üç ölkə liderinin ilk görüşü deyil. Daha əvvəlki görüşlərdə də qeyd edək ki, postmüharibə dövründə Cənubi Qafqaz bölgəsində sülhün bərqərar olması və inkişaf etdirilməsi, eyni zamanda ikitərəfli, üçtərəfli və çoxtərəfli əlaqələrin, bölgədə münasibətlərin inkişaf etdirilməsi istiqamətləri hər zaman müzakirə obyekti olub.”
“Azərbaycan Prezidenti İlham Əliyev Soçi görüşündə də növbəti dəfə qətiyyət nümayiş etdirdi.”
Deputat qeyd edib ki,
“Soçi görüşünün əsas və yadda qalan məqamlarından biri ölkə prezidenti cənab İlham Əliyevin bir daha qətiyyətli açıqlamaları və Azərbaycanın mövqeyinin dönməz olduğunu bir daha konkret şəkildə fikirləri ilə ifadə etməsi oldu. Yəni, artıq Dağlıq Qarabağ adlı problem yoxdur və beləliklə, status məsələsi də artıq müzakirə edilmir. Biz bundan sonra ancaq bölgədə inkişaf və iqtisadi əlaqələr haqqında danışa bilərik. Məlumdur ki, görüşün sonunda Bəyanat imzalandı. Ümumilikdə Bəyanat haqqında danışsaq, bu bəyanatda əsas iki məqam - ölkələrin suverenliyi və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilir və Qarabağla bağlı məsələlər artıq Azərbaycanın daxili işləridir. Yəni, biz artıq postmüharibə dövrünü yaşayırıq və üçtərəfli kapitulyasiya bəyanatının imzalanması ilə tərəflərin hər biri öz öhdəliklərinə və bundan sonrakı öz məsuliyyətlərinə, cavabdehliklərinə imza atıblar. Eyni zamanda, məğlub olan tərəf də bu bəyanatı imzalamaqla öz məğlubiyyətini sənədləşdirmiş və təsdiqləmiş oldu. Belə bir bəyanat varkən və Azərbaycanın inkaredilməz “Zəfər Qələbəsi” ortadaykən, artıq bütün sərhədlər müəyyənləşdirilmişkən yenidən Ermənistan tərəfinin köhnə ab-havada olması hələ də, illərdən bəri silahlandıqları köhnə ideyaları ortaya atması, bir sözlə, sərsəm ideyayalarını davam etdirməsi düşünürük ki, heç bir şəkildə Ermənistana və onun rəhbərinə baş ucalığı gətirmir və gətirməyəcək.”
Deputat Jalə Əliyeva həmçinin Ermənistan baş nazirinin Soçi görüşündə ölkəsinin fikirlərini və mövqeyini kağız üzərindən oxumasına diqqət çəkib.
O vurğulayıb ki,
“Unutmayaq ki, Soçi zirvəsində diqqətçəkən məqamlardan biri də, Ermənistan rəhbərinin ölkəsinin mövqeyini və fikirlərini kağız üzərindən oxuyaraq dilə gətirməsi oldu ki, bu da məhz, kifayət qədər bir ölkə rəhbəri üçün bir o qədər də xoş olmayan bir məqam idi.”
“Soçi görüşü bəyanatını Paşinyan hökumətinin növbəti diplomatik məğlubiyyəti adlandırmaq olar.”
Deputat həmçinin,
“Rusiya prezidentinin də N. Paşinyanın fikirləri ilə bağlı tutarlı cavabları oldu, eyni zamanda həm cənab prezident İlham Əliyevin, həm də Rusiya prezidenti Vladimir Putinin fikirləri bundan sonra da bəyanatın müddəalarına əməl etməyə hazır olduqlarını və eləcə də bölgədə sülhün bərqərar olması üçün birlikdə işləməyə hazır olduqlarını ortaya qoydu.” - Deyə bildirib.
“Əlbəttə ki, bugün bölgənin inkişafı, bölgədə düşmənçiliyə son verilməsi, müharibələrə son verilməsi, bölgə xalqlarının - burada sadəcə əlbəttə, Azərbaycandan və Ermənistan söz getmir, ümumilikdə bölgə insanlarının azad, rahat, təhlükəsiz bir şəraitdə yaşaması şübhəsiz, çox vacib bir faktordur. Düşünürəm ki, bu faktorun aktorları olan bütün ölkələr öz məsuliyyətlərini dərk edirlər və artıq pərdə arxası mövqelərindən geri çəkilərək sözün əsl mənasında reallıqları qəbul edirlər. Bu reallıqlar nədən ibarətdir? - Azərbaycan dövləti bölgənin həqiqətən də, söz və nüfuz sahibi olan bir ölkəsinə çevrilib. Məhz, bu inkişaf getdikcə daha da yüksələn xətlə güclənməkdədir və Azərbaycanın mövqeyilə hesablaşmalı olduqlarını, Azərbaycanın 30il bundan əvvəlki bir ölkə olmadığını və ölkə rəhbərinin də söylədiyi kimi “Dəmir Yumruğ”un hər zaman yerində olduğunu, həmçinin Azərbaycana qarşı hər hansı bir təhlükəyə qarşı bu yumruğun hər zaman hazır olduğunu unutmamalıdırlar.” - Deyə o, bildirib.
“Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.“
“Üçtərəfli görüşün yekunları ilə bağlı birgə bəyanatda Ermənistanın maraqlarından irəli gələn heç bir müddəa əksini tapmadı.”
“Azərbaycan dövləti tarix boyu da, ən yeni tarixində də, bugün də heç bir zaman heç bir ölkənin torpaqlarını işğal etməyib, heç bir dövlətə qarşı, heç bir xalqa qarşı hücum taktikası həyata keçirtməyib. Lakin bunu Azərbaycana qarşı ediblər. Bütün dövrlərdə və ən yeni tariximizin şahidləri olaraq bizlər - ölkə vətəndaşları, eləcə də hər bir azərbaycanlı da bunu çox gözəl bilir və dünya insanı da bunu yaxşı bilir. Bundan sonra da Azərbaycan öz təməl prinsiplərinə əməl etməyə hazırdır. Bizim təməl prinsiplərimiz isə demokratiyadır, insan hüquqlarıdır, tolerantlıqdır, çox dinlilik, çox dillilikdir və bütün bu təməl insan haqqlarına, hüquqlarına Azərbaycan hər zaman əməl etdiyi kimi bundan sonra da əməl etməyə hazırdır. Bununla yanaşı ölkəsinin bütün vətəndaşlarının kimliyindən, milliyətindən asılı olmayaraq konstitusiyada vətəndaşlara verilən hüquqlarını qorumağa hazırdır, eləcə də, erməni əsilli vətəndaşları da daxil olmaqla.” - Deyə
deputat Jalə Əliyeva qeyd edib.
Ülkər Piriyeva
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR