Yeniyetməlik həm yeniyetmə, həm də yeniyetmənin ailəsi üçün çətin bir dövrdür. Ailə yeniyetməni başa düşməkdə çətinlik çəkdiyi halda, yeniyetmə də başa düşülmə hissini tam yaşaya bilməyəcəyini düşünür. Yeniyetmələr ümumiyyətlə emosiyalarında qeyri-sabitlik yaşayırlar. Bir gün çox xoşbəxt və enerjili olan yeniyetmə ertəsi gün özünə qapanıb tükənə bilər. Emosiyalar bir anda belə dəyişə bilər. Ona görə də valideyn bunu qəbul etməli və hər dəfə "Dünən yaxşı idin, indi nə oldu sənə?" Sorğulayıcı və təzyiqçi yanaşmalara girməməlidir.
Bu dövrdə depressiyanın artması müşahidə olunur. Özünə inam problemləri, əks cinslə problemlər, məktəb və ailə problemləri buna səbəb ola bilər. Adətən qısa müddətli olur və müdaxilə tələb etmir.
Belə sancılı məsələlər bugün kifayət qədər cəmiyyətdə mövcuddur.
Məhz bu səbəbdən də bütün cəmiyyətə xas olan bu problemin mahiyyətinə varmaq, onun yaranma səbəblərini öyrənmək, onu önləməyin mümkün yollarına aydınlıq gətirmək üçün Azadmedia.az olaraq işin mütəxəssislərinə - Psixoloqlara üz tutduq. Əziz oxuyucularımız diqqətiniz bizdə olsun!
Hər şeydən əvvəl, yeniyetmə başa düşülmək və qiymətləndirilmək hissini yaşamalıdır. Bu səbəbdən valideynlər bu hissləri yaşatmaq üçün söz və davranışlarında həssas olmalıdırlar. Əks halda, yeniyetmə bu hissləri təmin etmək üçün müxtəlif mühitlərə ehtiyac duyar.
Bu fikirləri
Azadmedia.az-ın Redaktoru Ülkər Piriyevanın yönləndirdiyi suallara olan açıqlamasında Psixoloq Nəhayət Şirinova bildirib.
Yeniyetməlik, İnkişaf psixologiyası nədir?Olduqca vacib bir məsələyə toxunmusunuz və düşünürəm ki, hansısa fikir və mülahizələr müəyyən qədər bu məsələnin həlli yollarına tövhə vermiş olacaqdır. Bu gün çalışacam ki, suallarınızı mütəxəssis olmaqla yanaşı, həm də üç övlad böyüdən bir valideyn kimi, ana kimi cavablandırım. İstənilən proses təcrübəyə əsaslanır və çıxış yolları məhz təcrübələr əsasında müəyyənləşdirilir və bu gün ünvanlanan sualları təcrübəmdən yanaşaraq obyektiv və dolğun cavablandırmağa çalışacam.
Nədir yeniyetməlik? Bu günümüzdə, müasir cəmiyyətimizdə, sosial, psixoloji, məişət hadisələrinin cərəyan etdiyi, demokratik proseslərin geniş vüsət aldığı, ictimasi, aktiv həyatın bütün sferalarında insan amilinin rolunun olduğunu və günü-gündən də bu dinamikanın yüksəlməsinin şahidiyik. Bütün bunları nəzərə alaraq "inkişaf" amilinə daha çox fokslanırıq. İnkişaf isə yeniyetməlik dövründən başlayıb kamilliyə doğru gedilən yoldur.
Yeniyetməliyin əlamətləri hansılardır?
Əslində, yeniyetməlik haqqında danışarkən elə ilk olaraq bəzi əlamətlərini sadalamış oldum.
Başlanğıc olaraq hormonal proseslərin dəyişməsi, xarici görünüşdə yer alan dəyişimlər, menstural siklusun başlaması, səsin dəyişməsi, bədən quruluşunun dəyişməsi, hərəkətlərdə kobudluq bəzən isə zehni dəyişikliklər kimi xarakterizə olunan bir prosesdir.
Yeniyetməlik 10-11 yaşdan 14-15 yaşa qədər olan vaxtı əhatə edir, lakin son zamanlar bu yaşın hətda 19-20 yaşa qədər gəlməsi hallarına da rast gəlinir.
Yeniyetməlik dövründə psixoloji problemlər varmı?
Yeniyetmələrin psixi problemləri:Gəlin nəzərə alaq ki, bizim övladlarımız yetkinlik yaşına çatarkən tək fizioloji inkişafı deyil, eyni zamanda zehni və hissi inkişaf prosesi ilə üz-üzə qalırlar. Biz yuxarıda bir çox bədənsəl dəyişiklikləri qeyd etdik. Amma onu da bilməliyik ki, eyni zamanda bununla yanaşı davaranışlarda da bir sıra dəyişikliklər qeydə alınmaqdadır. Məsələn: yalnızlıq istəyi, işə qarşı istəksizlik, can sıxıntısı, narahatlıq, cəmiyyətlə ziddiyyət, həssaslıq və ən pisi özgüvənsizlik və s., daxildir.
Bir qızıl qayda kimi özümüzünkiləşdirməliyik ki, inkişafın heç bir dönəmində insan yeniyetməlik yaşındakı qədər gərgin, qarışıq problemlərlə üz-üzə qalmır.
Əziz valideynlər bu qədərmi çətindir övladlarımıza bu həssas dönəmdə dəstək olmaq, ona hiss etdirmədən üzərindəki təzyiqi azaltmaq, sosiallaşmasını düzgün məcraya yönəltmək?
Unutmayaq ki, bu hal müvəqqətidir, keçicidir və elə bu motivasiya da, bizə vəziyyətə daha odekvat yanaşmağımıza zəmin yaradacaqdır.
Yeniyetmə nə hiss edir? Necə davranmaq istəyir? Bəli olduqca yerində ünvanlanmış sualdır. Nə istəyir yeniyetmə, gənc bir adam? İlk növbədə onu qeyd edək ki, o özgürdür, öz mənini kəşf etmə, özünü sübut etmə və özünü qəbullandırma dönəmindədir. O, istənilən mövzunun müzakirəsində qəbul olunmağını və fikirlərinə hörmətlə yanaşılmasını istəyir. Cəmiyyətin yararlı bir nümayəndəsi olduğunu dərk edir və istəyir ki, bu yöndə hər kəsdən dəstək alsın! Belə bir həssas aralıqda davamlı sən "səhvsən" düşüncəsi ilə yükləməyimiz bir gəncin həyat motivassiyasının məhv olmasına gətirib çıxarda bilər. Biz çalışmalıyıq ki, humanistik dəyərlər çərçivəsində həmən yeniyetmələrin doğrularını və səhvlərini, olarlarını və olmazlarını onlara aşılamağın ən qısa və məntiqli yolunu seçək və doğru istiqamətə yönləndirək.
Üsyankar bir yeniyetmə ilə necə davranmaq olar? Çox əfsuslar olsun ki, bu kimi hallar da cəmiyyətimizdə qaçılmaz deyil. Üsyankar yeniyetmələr!
Gəlin baxaq - Bəs onlarla necə davranmalıyıq?
Subyektiv yanaşmama əsaslansam deyə bilərəm ki, üsyankar və aqressiv yeniyetmələrin problemlərinin kökü ailə faktoruna söykənir, ailədə yaşanan basqılı münasibət, özgüvən əksikliyi, ailədə aqressiya və şiddət görənlər və s.
Düşünürəm ki, bütün bu sadalananların tam əksi olarsa daha mükəmməl, özgüvənli, düşüncəli, cəmiyyətimizə sütun ola biləcək gənclər yetişdirmiş olarıq.
Yetkinlik yaşı neçə yaşında bitir? Qızlarda/oğlanlarda - Yetkinlik dövrü üçün dəqiq bir yaş həddi olmasa da, ümumi olaraq qızlar 9–13 yaş arasında oğlanlardan daha tez yetkinlik dövrünə girirlər. Bu səbəblə həyatın bu dövründə qızlar oğlanlardan fiziki olaraq bir neçə il əvvəl inkişaf edirlər.
Erkən yetkinlik nədir? Səbəbləri, zərərli tərəfləri."Erkən yetkinlik" yetəri qədər problemli məsələlərdən biridir. Qeyd edim ki, əksər hallarda qız uşaqlarında daha çox rast gəlinir.
Yetkinlik uşaqlıqdan-yetkin həyata atılan ilk addımlardır.
Erkən yetkinlik isə fərdin, uşağın fizioloji, ictimai, psixoloji baxımdan dəyişikliklərə məruz qaldığı müvəqqəti bir vəziyyətdir.
Səbəb kimi əfsus ki, nəsə göstərə bilmirik. Amma etiraf edə bilərik ki, hansısa tibbi faktorlara əsaslanan bir situassiya ola bilir.
Nədir erkən yetkinliyə sürükləyən səbəblər?Mütəxəssislərin fikirlərincə, günümüzdə buna səbəb olaraq hormonal tərkibli qidalar göstərilir. Analar bu işdə xüsusilə diqqətli olmalıdırlar. Məsələn yetişdirilməsi zamanı böyümə hormonu əlavə olunan qidalar, tərəvəzlər, xüsusi estroqen əlavə olunan quş və ət məhsulları, vaxtından əvvəl yetişmiş çiyələk, pomidor və başqa qidaları göstərə bilərik.
Erkən yeniyetməlik dövründə hansı şöbəyə və hansı həkimə müraciət edilməlidir?
Kifayət qədər narahatlıq verən bir proses olduğu üçün, ailədə hansısa övladınızda bu halları aşkar etmisinizsə lazımı istiqamət üzrə mütəxəssislərə( həkim, psixolog) müraciət etməlisiniz. Bəzən elə hallar olur ki, valideynlər uşaqlarında müşahidə etdikləri bu dəyişkənlikləri görməzdən gəlir və yaxudda ki, utandıqları, çəkindikləri üçün mütəxəssisə müraciət etmirlər.
Amma düşünək ki, heç nə bizə haqq vermir ki, biz öz övladımızın təlim tərbiyəsində və yaxud hansısa həssas dönəmində kənar xəttdə dayanaq. Bu günün gənci sabahın əsgəri, həkimi, dənizçisi, memarı, maşinisti, müəllimi ən əsası layiqli vətəndaşıdır. Bu yolda hər zaman ayıq-sayıq olmalıyıq.
Hər bir uşaq unikaldır, onlara yanaşma tərzimiz də individual olmalıdır. Situassiyanı düzgün dəyərləndirməli, öz öhdəliklərimizi bilməli və övladlarımızın sağlam təfəkkürlü, ağıllı, tərbiyəli, təhsilli bir fərd kimi cəmiyyətə qazandırmağı bacarmalıyıq.
Yeniyetməlik dövründə ailənin üzərinə düşən vəzifələr?
Bəli ən önəmli faktorlardan biri elə "ailədir". Əziz valideyinlər nə edək? Necə edək ki, övladımızın bu kimi keçid dövründə olarkən ona xüsusi həssaslıq nümayiş etdirək və doğru istiqamət verə bilək.
Valideyn yeniyetmənin, həyata yeni atılacaq bir gəncin "MƏN" konsepsiyasının formalaşmasında vacib tərəfdir. İlk olaraq, valideyinlə ovlad arasında səmimi mühit olması, dostluq münasibətlərinin qurulması şərtdir. Təlim-tərbiyə faktorunun uşağın həyatına birbaşa nifuz etdiyi bir dönəm olan yeniyetməlik dövründə uşaqla aqressiv münasibətə yol verilməməlidir. Biz valideyinlər çalışmalıyıq ki, tərifə açıq, tənqidə biraz qapalı olaq. Övladının hər xırda uğurunu belə dəyərləndirən, rəğbətləndirən, daima yanında olduğunu hiss etdirən, ona özgüvən aşılayan valideyinlərin uşaqlarında bu dövrdə ciddi narahatçılıqlar gözə çarpmır.
Amma elə cəmiyyətimizdə gördüyümüz, qarşılaşdığımız situassiyalara əsaslansaq görərik ki, ailədə şiddət, zorakılıq, qeyri-tərbiyəvi hallarla üz-üzə olan uşaqlarda yeniyetməlik dövrünün bir sıra problemləri üzə çıxır.
Əziz atalar, analar düşünürəm ki, övladımızı cəmiyyətə qazandırmağın yolu onlarla daha tolerant yanaşma tərzimizdən bilavasitə asılıdır.
Sonda isə sizə təşəkkür edir işlərinizdə uğurlar arzu edirəm Ülkər xanım!
Sağ olun!