Bu gün 1 dekabr - Laçının erməni işğalından azad edilməsinin ikinci ildönümüdür. Bu münasibətlə 11 yaşlı bədii qiraətçi – Laçın rayonundan olan 5-ci sinif şagirdi Zəhra İmranlı doğma yurd yeri ilə bağlı maraqlı şeir ifa edib.
Zəhra İmranlı müəllifi olduğu “Laçın Azərbaycandır!” şeirində Laçının tarixi Azərbaycan torpağı olmasına diqqət çəkib. Həmçinin, Laçının hərbi əməliyyatlarsız – bir güllə belə atılmadan azad edilməsini Müzəffər Ali Baş Komandanın siyasi-diplomatik uğuru kimi dəyərləndirib.
Şeirdə Azərbaycana qələbə sevinci bəxş edən şəhid və qazilərdən ehtiramla bəhs olunub, onların qəhrəmanlığının hər zaman minətdarlıq hissi ilə xatırlanacağı vurğulanıb.