AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Olimpiya Mədəniyyəti və Təhsil Proqramı - OCEP layihəsi çərçivəsində növbəti tədbir İsveçdəki tanımış yazıçı Eluca Atalı ilə keçirilib - ÖZƏL

  • + A
  • - A
  • 5-12-2022, 20:50

    Olimpiya Mədəniyyəti və Təhsil Proqramı - OCEP layihəsi çərçivəsində növbəti tədbir İsveçdəki tanımış yazıçı Eluca Atalı ilə keçirilib - ÖZƏL


    Olimpiya Mədəniyyəti və Təhsil Proqramı - OCEP layihəsi çərçivəsində növbəti tədbir İsveçdə yaşayan tanınmış azərbaycanlı yazıçı Eluca Atalının “Ənqa quşu” kitabının məktəblilərlə müzakirəsi ilə keçirilib.

    OCEP, yəni  Olimpiya Mədəniyyəti və Təhsil Proqramına qoşulan  qardaşlaşmış ölkələrin məktəbliləri sosial şəbəkələr vasitəsilə müxtəlif Avropa ölkələrinin məktəbliləri ilə qarşılıqlı fikir mübadiləsi aparır, biliklərini paylaşırlar.

    Şagirdlər Olimpiya tarixini və dəyərlərini öyrənməklə yanaşı, proqramın tələblərinə uyğun olaraq coğrafiya, mədəniyyət, ədəbiyyat, tarix, idman və gender bərabərliyi, davamlılıq, ədalətli oyun kimi digər sahələr haqqında da yeni biliklər əldə edirlər.



    Azadmedia.az xəbər verir ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin müəllim və şagirdləri  qardaşlaşmış məktəblərin layihəsi çərçivəsində İsveçdə fəaliyyət göstərən yazıçı Eluca Atalının  "Ənqa quşu" əsərini müzakirə ediblər.


    Belə ki, tədbirin təşkilatçısı filologiya üzrə fəlsəfə doktoru, 220 nömrəli məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyatı müəllimi, orta məktəbin 4 və 5-ci sinifləri üçün Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımova olub. 


    Müzakirəyə həmin məktəbin müəllim və şagirdləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Azərbaycan, Türkiyə, Rusiyanın ayrı-ayrı şəhərləri ilə bərabər, Çin, Misir, İsveç, Norveç, Hollandiya və başqa ölkələrin məktəblərindən də qoşulanlar olub.

    Tədbiri  giriş sözü ilə Q. Xanım müəllim açıq elan etdikdən sonra məktəbin müəllimi Fidan Əliyeva yazıçı haqqında hazırladığı qısa video-çarxı təqdim edib, digər bir hədiyyə isə 6-cı sinif şagirdi, balaca rəssam Rövşanə Səfərovadan gəlib. O, Ənqa quşunun rəsmini rəngli boyalarla təsvir edib, həmçinin müəllifə virtual aləmdən göndərib. Eyni zamanda söz verib ki, gələcəkdə yazıçı ilə canlı görüşdə bu şəkli ona bağışlayacaq.

         Müzakirədə  "Anka kuşu - yenidən doğuş" kitabının türkcə tərcüməçisi, Eskişehir Anadolu Türk okulunun ədəbiyyat müəllimi Meral Bahar xanım kitabın önəmindən bəhs edib. 

    BDU-nun filologiya fakültəsi, filologiya elmlər doktoru Mətanət Saraclı, Asif Ata Ocağının övladı Dağtəkin Mütləqçi əsərin Asif Atanın “Mütləqə İnam fəlsəfəsi”nin kamil İnsan ideyasına həsr olunduğunu şərh edib.

    Misirdən, Azərbaycanı kəşf et proqramının rəhbəri Sada Ali Aşraf, Azərbaycan Diasporasının Misir üzrə koordinatoru Sabina Aydın Soltan, Mosquito yayın evinin müdiri, "Anka kuşu - yenidən doğuş"un naşiri Türkiyənin tanınmış pedaqoqu Sıtkı Aslanhan, "Ənqa quşu" kitabının azərbaycan variantının naşiri Birüz Atalı, Çindəki Pekin universitetinin Azərbaycan dili kafedrasının müdiri professoru Aqşin Əliyev, uşaq ədəbiyyatı yazarı Sevinc Nuriqızı, Norveçdəki Nizami Gəncəvi adına məktəbin yaradıcısı Günay Əliyeva, şəhid anası, məktəbin şagirdi Nihal Hüseyinzadənin valideyni İlhamə Məmmədova, Abşeron məktəbinin müəllimi Xatirə İsmayılova, Bakı Beynəlxalq Multikulturalizm mərkəzi Türkiyə təmsilçisi Oktay Hacımusalı, gənc ixtiraçı, Divan müəllifi, Ain Şams universitetinin tibb  fakültəsinin tələbəsi Sandi Anvar oxucu təsüratlarını bölüşməklə yanaşı, alimlər kitabın elmi-bədii əhəmiyyəti haqqında geniş şərh veriblər. 


    Müzakirədə kitabın buraxdığı təəssüratdan irəli gələrək, əsərin içindən bir sıra parçaları oxuyan Nihal Hüseyinzadə, Aynur Vəliyeva, Xəzər Səmədli, Nazilə Abbaszadə, Fatma Əkbərzadə, Ayan İsmayılzadə həm də müəllifə əsər və uşaq ədəbiyyatı yazarlığı ilə bağlı suallar veriblər.

    9-cu sinif şagirdi Nihal gələcək layihəsini də bu görüşdə açıqlamaqdan çəkinməyib, o, "Ənqa quşu"nun animal filmini çəkmək ideyasında olduğunu bildirib.

    Müzakirə formatında keçən tədbirin sonunda, müəllif İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı iştirakçılara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

    Qeyd edək ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin məktəbliləri İsveç məktəbliləri ilə əlaqə quraraq qarşılıqlı şəkildə mədəniyyət, ədəbiyyat, idmanla bağlı biliklərini paylaşırlar.



    Ülkər Piriyeva



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR