AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Samir Mahmudov - "Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizminin yaradılmasına nail olunub"

  • + A
  • - A
  • 8-12-2022, 22:50

    Samir Mahmudov - "Azərbaycanda insan hüquq və azadlıqlarının səmərəli müdafiə mexanizminin yaradılmasına nail olunub"


    Dekabrın 8-də Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə 10 dekabr - İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

    Azadmedia.az xəbər verir ki, tədbirdə Mərkəzin icraçı direktoru Samir Mahmudov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Həbib Abdullayev, İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə çıxış ediblər.

    Belə ki, Mərkəzin icraçı direktoru Samir Mahmudov çıxışında Azərbaycanın müstəqilliyi dövründə ulu öndər Heydər Əliyevin dövlət siyasətində müəyyən etdiyi əsas istiqamətlərdən olan insan hüquqlarının müdafiəsi sahəsində reallaşdırılmış olan çoxsaylı institusional və qanunvericilik tədbirlərindən və
    Azərbaycanın bu istiqamətdə keçdiyi mühüm inkişaf yolu barədə danışıb. O qeyd deyib ki, Azərbaycanda insan hüquqlarının və əsas azadlıqlarının səmərəli müdafiə mexanizminin yaradılmasına nail olunub.

    Samir Mahmudov bildirib ki, bu gün Azərbaycanda insan hüquqları ilə bağlı tamamilə fərqli bir mənzərə var: “20 il əvvəl hüquq-mühafizə orqanlarında çalışanlara insan hüquq və azadlıqları barədə sual verdikdə cavab tapmaqda çətinlik çəkərdilərsə, bu gün vəziyyət tamamilə fərqlidir. Bu aspektdə vəkillik korpusunun rolunu qeyd etmək lazımdır. Həmçinin son dövrlər ölkəmizdə vəkillik institutu özünün inkişaf dövrünü yaşayır”.

    Samir Mahmudov vurğulayıb ki, Prezident İlham Əliyevin fərmanı ilə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması onun hüquqi islahatlara, qanunvericiliyimizin inkişafına, o cümlədən insan hüquqlarının müdafiəsinə diqqətinin bariz nümunəsidir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR