AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Monqolustan etirazlardan sonra dövlət şirkətinin müqavilələrinin məxfiliyini ləğv etmək qərarına gəlib

  • + A
  • - A
  • 9-12-2022, 13:39

    Monqolustan etirazlardan sonra dövlət şirkətinin müqavilələrinin məxfiliyini ləğv etmək qərarına gəlib


    Etirazçıların “Erdenes Tavan-Tolgoi” dövlət şirkəti ilə bağlı müqavilələrin məxfiliyinin ləğvi barədə tələbi Monqolustanın Nazirlər Kabineti növbədənkənar iclasında müzakirə edilərək müvafiq qərar qəbul edilib.

    Bu barədə hökumətin katibliyinin rəhbəri Daşzeqvin Amarbayasqalan məlumat verib:

    “Korrupsiyaya qarşı mübarizə üzrə milli komissiyanın tövsiyəsi əsasında məxfi kimi təsnif edilən doqquz müqavilənin açıqlanması barədə qərar qəbul edilib”.

    O qeyd edib ki, müqavilələrdən məxfilik möhürünün çıxarılması antikorrupsiya agentliyinə araşdırma aparmaq və ictimaiyyətə onlarla tanış olmaq imkanı verir.

    D.Amarbayasqalan aydınlaşdırıb ki, bunlar “Erdenes Tavan-Tolgoi” SC tərəfindən dəmiryollarının tikintisi ilə bağlı davam edən layihələr üçün imzalanmış doqquz müqavilədir.

    “Monqolustan hökuməti bu tip gizli razılaşmalara son qoymaq və gələcəkdə onları bağlamamaq barədə prinsipial qərar qəbul edib”, - hökumət nümayəndəsi bildirib.

    Dekabrın 4-də Ulan-Batorda kömürün gömrükdən yan keçməklə Çinə ixracı ilə əlaqədar davam edən təhqiqatla bağlı etirazlar başlayıb. Oğurluğun məbləğinin 12,8 milyard dolları ötdüyü güman edilir. Dekabrın 5-də nümayişçilər Monqolustanın Hökumət Evinə basqın etməyə cəhd göstəriblər. Nümayişçilər şübhəlilərin adlarının açıqlanmasını tələb ediblər, etirazçıların fikrincə, onların arasında yüksəkvəzifəli siyasətçilər də ola bilər.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR