AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyanın evindən 4 milyon dollarlıq qızıl oğurlayan şəxslər həbs edildi

  • + A
  • - A
  • 18-01-2023, 10:46

    Paşinyanın evindən 4 milyon dollarlıq qızıl oğurlayan şəxslər həbs edildi

    10 noyabr 2020-ci ildə Ermənistanda baş vermiş iğtişaşlarla bağlı araşdırmalar nəticəsində daha bir neçə şəxs həbs edilib.

    AzadMedia.az erməni KİV-lərinə istinadən xəbər verir ki, kütləvi iğtişaşlar zamanı Ermənistan Parlamentinin sədri Ararat Mirzoyana qarşı zorakılıq tətbiq edən şəxs və Baş nazir Nikol Paşinyana həvalə edilmiş iqamətgahdan xüsusilə iri miqyasda oğurluq edən şəxslər tutulub.

    "Saxlanılan şəxlər Ermənistanın baş naziri Nikol Paşinyana məxsus fərdi evə qanunsuz daxil olub, bundan sonra, kütləvi iğtişaşın bir sıra iştirakçıları ilə şəxsi evin 2-ci mərtəbəsindəki yataq otağına daxil olaraq baş nazirinin həyat yoldaşı Anna Akopyana məxsus 3.920.000 ABŞ dolları dəyərində xüsusi iri qızıl-zinət əşyalarını açıq şəkildə oğurlayıb. A. B və T.P barəsində Ermənistan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə dövlət ittihamı irəli sürülüb", - məlumatda deyilir.

    Məhkəmənin qərarı ilə sözügedən Ermənistan vətəndaşları barələrində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR