AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib - FOTO

  • + A
  • - A
  • 19-01-2023, 08:16

    Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib - FOTO



    Masallıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş minifutbol turniri keçirilib.


    Azadmedia.az - 18 yanvar 2023-cü il tarixdə Masallı Rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr edilmiş minifutbol idman növü üzrə məktəblilər arasında rayon turniri keçirilib.
    Boradigah qəsəbə İdman Zalında təşkil olunan yarışlar öncəsi 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb, şagirdlərə faciə haqqında məlumat verilib.
    Turnirin yekun nəticələrinə əsasən qalib komandalara təşkilat komitəsinin müvafiq dərəcəli diplomları təqdim edilib.
    Yarışın keçirilməsində məqsəd 20 Yanvar şəhidlərinin xatirəsinin yad olunması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, onların minifutbol idman növünə maraqlarının artırılmasıdır.









    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR