AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP Mərkəzi Aparatında “Səs” qəzetinin baş redaktorunun 50 illik yubileyi münasibətilə görüş keçirilib

  • + A
  • - A
  • 19-01-2023, 16:42

    YAP Mərkəzi Aparatında “Səs” qəzetinin baş redaktorunun 50 illik yubileyi münasibətilə görüş keçirilib


    Yanvarın 19-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin 50 illik yubileyi münasibətilə görüş keçirilib.
    Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edib. YAP Sədrinin müavini bildirib ki, Bəhruz Quliyev vətənpərvər şəxsiyyət və istedadlı qələm sahibi kimi Heydər Əliyev ideyalarının gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği və Azərbaycan jurnalistikasının inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək səmərəli fəaliyyətini bu gün də uğurla davam etdirir: “Sağlam ictimai rəyin formalaşmasına, milli-mənəvi dəyərlərin və dövlətçilik maraqlarının qorunmasına xidmət edən fəaliyyətiniz hər zaman yüksək qiymətləndirilib. Bir sıra mükafatlara layiq görülməyiniz, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunmağınız əməyinizə verilən yüksək dəyərin bariz nümunəsidir”.
    Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Bəhruz Quliyev Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin və Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin yorulmaz təbliğatçısı olmaqdan qürur duyduğunu bildirib. O, bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR