AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İkinci Qarabağ müharibəsindən indiyədək mina qurbanlarının sayı açıqlandı

  • + A
  • - A
  • 21-01-2023, 22:50

    İkinci Qarabağ müharibəsindən indiyədək mina qurbanlarının sayı açıqlandı

    “Ermənistan minlərlə kvadratmetr ərazini minalayıb. İşğaldan azad edilmiş ərazilərdə hələ də mina təhlükəsi mövcuddur. 44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə 282 azərbaycanlı mina qurbanı olub. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə 20 yanvar 2023-cü il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Armenpress” xəbər agentliyinə verdiyi müsahibədə bəyanatlarını şərh edərkən deyib.
    Azərbaycan tərəfi 2021-ci ildə Ermənistan istehsalı olan minaların və çoxlu sayda belə nümunələrin quraşdırıldığı əraziləri Azərbaycanda müvəqqəti dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələrinin komandanı, Türkiyə-Rusiya Birgə Monitorinqinin Türkiyə və Rusiya kontingentlərinin rəhbərlərinə, o cümlədən Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və jurnalistlərə göstərib. Bu minalara hərbçilər və ekspertlər tərəfindən baxış keçirilib. Bu faktları inkar etmək olmaz. Məlumdur ki, Ermənistanın son onilliklər ərzində mina istehsal etmədiyi və ixrac etmədiyi barədə deyilənlər və bu barədə Ermənistanın müvafiq beynəlxalq platformalardakı hesabatlarında deyilənlər sadəcə olaraq yalandır. Məsələn, 2022-ci il oktyabrın 5-də Ermənistanın ATƏT yanında Daimi Nümayəndəliyi ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunda çıxışı zamanı bəyan edib ki, Ermənistanda minalar istehsal olunmur. İndi isə Ermənistanın xarici işlər naziri nəinki 2021-ci ildə Ermənistanda mina istehsal edildiyini, həm də əvvəlki təkziblərə baxmayaraq, Azərbaycan ərazilərində aşkar edilən göstərilən minaların Ermənistan istehsalı olduğunu təsdiqləyir. Yuxarıda deyilənlərlə yanaşı, erməni tərəfinin müsahibəsində yalnız Ermənistan Respublikasının ərazisinə mina qoyması barədə dedikləri ikiüzlülükdür”, - Hacızadə bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR