Qərəzli Niderland parlamenti Laçın dəhlizinin Azərbaycan tərəfindən blokadaya alınması ilə bağlı qətnamə qəbul edib.
Parlament hökuməti və Aİ ölkələrini Laçın dəhlizinin qarşısının alınması üçün Azərbaycana təzyiq göstərməyə çağırır.
Azadmedia.az xəbər verir ki, bu barədə Hollandiya Erməni Təşkilatları Federasiyası məlumat yayıb.
Hollandiya Erməni Təşkilatları Federasiyası (FAON) məmnunluqla qeyd edir ki, bu gün Niderland Parlamenti səslərin böyük əksəriyyəti ilə “Xristian İttifaqı” fraksiyasının təqdim etdiyi və Azərbaycanın Laçın dəhlizinin bağlanmasına işarə edən qətnaməni qəbul edib.
“Qətnamə AB Şurasının qarşıdan gələn iclasının gündəliyinə daxil edilmiş materialların müzakirəsi və yayılması zamanı Parlamentdə cənab Don Seder (Xristian Birlik Partiyası) tərəfindən təqdim edilib. Qətnaməni xanım Agnes Mulder (Xristian Demokratik Müraciət Partiyası) da imzalayıb. Qətnamələrdə qeyd olunur ki, Dağlıq Qarabağa gedən yeganə yolun blokadası davam edir, bunun nəticəsində əhalinin humanitar vəziyyəti pisləşir.
Azərbaycan isə Laçın dəhlizinin açılması çağırışlarına məhəl qoymamaqda davam edir və eyni zamanda, Rusiya sülhməramlıları Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış bəyannamənin şərtlərinə əməl etmirlər. Qətnamədə Laçın dəhlizinin blokadasına son qoymaq və həmfikir ölkələri və Aİ üzvlərini bu prosesə cəlb etmək üçün hökuməti Avropa səviyyəsində Azərbaycana təzyiqləri artırmağa çağırır”, - bəyanatda deyilir.
Yanvarın 17-də Hollandiya Parlamentinə ərizə ilə müraciət edən və Laçın Dəhlizinin blokunun açılması ilə bağlı Parlament qarşısında üç günlük səssiz etiraz aksiyası keçirən Hollandiya Erməni Təşkilatları Federasiyası (FAON) Hollandiya hökumətindən ciddi və çevik addımlar gözləyir.
Hollandiya Erməni Təşkilatları Federasiyası (FAON) hökuməti, Aİ-ni və bütövlükdə beynəlxalq ictimaiyyəti dağlıq bölgənin soyuq iqlimində 120 min insanın qazsız qalmasına səbəb olan humanitar fəlakətə son qoymaq üçün tədbirlər görməyə çağırır.
“Belə bir vəziyyətin təkrarlanmaması üçün beynəlxalq təminatlar lazımdır. Azərbaycanın fəaliyyəti nəticəsində Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması şansları azalıb. Hollandiya-Erməni Təşkilatları Federasiyası (FAON) sülhün yalnız danışıqlar yolu ilə əldə olunacağına ümid etməkdə davam edir.
Mənbə: TodayYerevan
Tərcümə etdi: Elnurə
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.