AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bahar Muradova İranda keçirilən konqresdə müharibələrin qadınlara vurduğu zərbələrdən danışıb

  • + A
  • - A
  • 23-01-2023, 13:31

    Bahar Muradova İranda keçirilən konqresdə  müharibələrin qadınlara vurduğu zərbələrdən danışıb

    Azərbaycan bütün platformalarda dövlətlərin ərazi bütövlüyü və suverenliyinin, insanların hüquq və azadlıqlarının təmin olunması, o cümlədən təhlükəsizliyinin və milli identikliyinin qorunması uğrunda mübarizə aparan ölkələrdən biri kimi belə məsələlərə daim ədalətli yanaşma sərgiləyir.
    Yalnız konstruktiv dialoq mühitində dürüst siyasət və ədalətli yanaşma sərgiləməklə biz həm ölkələrimizdə, həm də dünyada gedən proseslərə yaxşı mənada töhfə verə bilərik.
    Azadmedia.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının I xanımının ev sahibliyi ilə keçirilən Konqresdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışı zamanı bildirib və qeyd edib ki, Azərbaycanla İran arasında qadınların dünyəvi və dini-əxlaqi dəyərlər əsasında yüksəlişi belə formatların gündəliyinin əsas məsələsi olmalı, və buna yönəlmiş müştərək səylərimiz artırılmalıdır.
    Mövcud şərtlər daxilində qadınların yüksəlişi, haqda danışarkən təbii ki, ona təsir göstərən problem və çətinliklər də qeyd edilməlidir.

    Hazırda müharibələr, təbii fəlakət və pandemiyalar, ekstremizm və zorakılıq, hər növ ayrı-seçkiliyin artmasının müşahidə olunmasına diqqət çəkən Bahar xanım əks tendensiyaların da özünü göstərməsini bildirib:
    "2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi 28 illik işğala son qoydu.
    İşğal müddətində Qarabağ və Şərgi Zəngəzur regionunda mədəni sərvətlərimiz, dini abidələrimiz məhv edildi.
    Bu münaqişə bir çox Azərbaycan qadınlarının həyat və sağlamlığına ziyan vurdu, onların inkişaf, yüksəliş və gözəl gələcək haqqında arzularını yarıda qoydu.
    Hazırda biz münaqişə və təcavüzdən təsirlənmiş,100 minlərlə
    qadınlarımıza dəstək olur, aldıqları hər növ travmaya qarşı davamlılığını artırmaq üçün çalışırıq.
    Ərazilərimizdə basdırılan minaların təmizləndiyi sahələrdə tikinti – quruculuq işlərinə davam edirik.
    İran da daxil olmaqla bölgə ölkələrini və xalqlarını rifaha qovuşduracaq nəqliyyat və kommunikasiya qovşaqları inşa edir, təhlükəsiz koridorlar vasitəsi ilə əməkdaşlıq və sürətli inkişaf üçün əsaslar yaradırıq.
    Bölgədə sülhün, sabitliyin əldə olunması naminə Ermənistanla aparılan danışıqlarda səylərimizi genişləndiririk".

    Çıxışının sonunda Azərbaycan rəsmisi bildirib ki, bizi birləşdirən, hümanizmi və mərhəməti hər şeydən üstün tutan insanlıq dəyərlərini təbliğ və təşviq etməklə öz milli kimliyimizi, identikliyimizi, əxlaqi və dini dəyərlərimizi qoruya, inkişaf etdirə, qarşılıqlı zənginləşmə üçün etibarlı zəmin yarada bilərik.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR