AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan hökuməti tezliklə Tehrandakı səfirliyini boşaltmağı planlaşdırır

  • + A
  • - A
  • 27-01-2023, 14:23

    Azərbaycan hökuməti tezliklə Tehrandakı səfirliyini boşaltmağı planlaşdırır

    Azərbaycan hökuməti yaxın vaxtlarda Tehrandakı səfirliyi boşaltmağı planlaşdırır. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

    “Hər bir dövlət öz ölkəsindəki xarici səfirliklərin təhlükəsizliyinin təmin edilməsinə cavabdehdir”, - o əlavə edib.

    Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı basqın olub.

    Təcavüzkar mühafizə postunda Kalaşnikov avtomatından atəş açıb, təhlükəsizlik xidmətinin rəisi həlak olub. Səfirliyin iki mühafizəçisi də yaralanıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
    Rus mediasından tərcümə etdi: Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR