AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir - Erməni mediası

  • + A
  • - A
  • 27-01-2023, 14:31

    Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir - Erməni mediası

    Azadmedia.az erməni mediasının yazdıqlarını təqdim edir:

    Rəsmi Bakı Azərbaycanın İrandakı səfirliyinə hücumun şəxsi zəmində törədildiyinə inanmır.

    Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə TRT Haber telekanalına bildirib ki, hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür.

    Xatırladaq ki, İran mediası polisin məlumatlarına istinadla Azərbaycanın Tehrandakı səfirliyinə hücuma görə saxlanılan şəxsin həyat yoldaşının diplomatik missiyada saxlandığını zənn edərək cinayət törətdiyini yazıb. Kişi deyir ki, aprel ayında həyat yoldaşı guya Azərbaycan səfirliyinə gedib və geri qayıtmayıb, özü də dəfələrlə səfirlə görüşmək istəsə də, ona rədd cavabı verilib.

    “Son aylarda İran mediasında Azərbaycan əleyhinə geniş miqyaslı təbliğat aparılıb ki, bu da hücuma təkan olub. Azərbaycan həmişə İranla mehriban qonşuluğun tərəfdarı olub, lakin bu cür təxribatlar mənfi təsir göstərir”.

    O, həmçinin bildirib ki, Azərbaycan yaxın vaxtlarda Tehrandakı səfirliyini boşaltmağa hazırlaşır.

    Azərbaycan prezidenti İlham Əliyev də bəyanatla çıxış edərək, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı kimi qiymətləndirdiyini bildirib və bunu törədənlərin cəzalandırılmasını istəyib.
    Today Erevan


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR