AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İran İslam Respublikasınin Azərbaycan Respublikasındakı səfirliyinin bəyanatı

  • + A
  • - A
  • 27-01-2023, 18:36

    İran İslam Respublikasınin Azərbaycan Respublikasındakı səfirliyinin bəyanatı

    Azadmedia.az İran İslam Respublikasınin Azərbaycan Respublikasındakı səfirliyinin bəyanatını təqdim edir:
    .
    İran İslam Respublikasınin Azərbaycan Respublikasındakı səfirliyi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin işçilərindən birinin həyatını itirməsi ilə bağlı Azərbaycan Respublikası dövlətinə və xalqına dərin hüznlə başsağlığı verərək dost və qardaş Azərbaycan Respublikasinin səfirliyinə, silahlı şəxsin hücumunu pisləyir.

    İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi bununla bağlı bildirir ki,bu acı hadisənin baş verdiyi ilk anlardan İran İslam Respublikasının polis, siyasi və təhlükəsizlik orqanlarının rəsmiləri hadisənin və hal - hazırda həbs olunaraq istintaqa cəlb olunan şəxsin bu cinayəti törətməsinin səbəblərini hərtərəfli araşdırılması üçün xüsusi göstəriş vermişlər. Araşdırmaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. Həmçinin hadisə ilə bağlı iki ölkənin rəsmiləri arasında diplomatik əlaqələr davam edir. Bununla bağlı iki ölkənin xarici işlər nazirləri bu gün telefonla danışacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR