Yanvarın 27-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edərək Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı başsağlığı verib. Azadmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Lavrov Azərbaycan tərəfinin məqsədəuyğun hesab etdiyi istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.