AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev yenidən BMT-də islahatlara çağırıb

  • + A
  • - A
  • 28-01-2023, 23:19

    İlham Əliyev yenidən BMT-də islahatlara çağırıb

    Azadmedia.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev yenidən BMT-də islahatlara çağırıb.

    Prezident Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında bildirib ki, uzun illərdir ki, dünyada BMT ilə bağlı məsələlər müzakirə olunur, strukturda islahatlarla bağlı fikir mübadiləsi aparılır.

    “Çıxışlarımdan birində qeyd etdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir”, - deyə prezident bildirib.

    İslam Əməkdaşlıq Təşkilatının üzvünə bir daimi yer verilməli olduğunu qeyd edən dövlət başçısı vurğulayıb: “İslam Əməkdaşlıq Təşkilatının özü məsləhətləşmələr əsasında bu namizədi irəli sürməlidir. Daha bir daimi yer Qoşulmama Hərəkatına verilməli və həmin yer Qoşulmama Hərəkatına sədrlik edən ölkə tərəfindən tutulmalıdır”.

    Bunun ədalətli olacağını deyən Azərbaycan Prezidenti deyib: “İkinci Dünya Müharibəsindən 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə də inanıram ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət edəcək”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR