Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının komandiri general-mayor Səhlab Bağırov vəzifəsindən azad olunub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Belə ki, Səhlab Bağırov DİN-in sistemində başqa vəzifəyə təyinat alıb. O, yaxın günlərdə yeni vəzifəsinin icrasına başlayacaq.
Səhlab Bağırov məlumatı “Qafqazinfo”ya təsdiq edib.
Xatırladaq ki, daxili işlər orqanlarının nüfuzlu generallarından biri olan 60 yaşlı Səhlab Bağırov ÇPA-nın ilk komandiri olub. Daha sonra 2011-2019-cu illərdə
BŞBPİ-nin rəis müavini vəzifəsində çalışıb. 2019-cu ildən isə yenidən ÇPA-ya komandir gətirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.