Dövlət başçısının 03.04.2019-cu il tarixli Fərmanı ilə artırılmış 200 hakim ştatı üzrə hakimliyə namizədlərin davamlı və daha çevik seçim prosesi aparılaraq 123 nəfər yeni nəsil hüquqşünaslar seçilib hakim vəzifəsinə təyin ediliblər.
Azadmedia.az xəbər verir ki, bu barədə Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni təyin edilmiş 50 nəfər məhkəmə sədri ilə görüşü zamanı deyib.
Nazir əlavə edib ki, hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi olaraq ötən dövrdə yüksək bilik və bacarığı, peşəkarlığı və mənəvi saflığı ilə fərqlənən 100-dən çox hakim yuxarı məhkəmə instansiyalarına irəli çəkilib, fəaliyyətində nöqsanlara yol verən hakimlər məhkəmələrdən kənarlaşdırılıb. Həmçinin bütün apellyasiya məhkəmələrinin sədrləri, ali və apellyasiya məhkəmələrinin kollegiya sədrləri yenilənib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.