Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova BMT-nin Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyasnda Şuşa-Xankəndi yolunda keçirilən ekofəalların aksiyasına "Humanitar fəlakət donu geyindirmək istəyənlər"ə tutarlı cavab verərək, onlara məkrlərini davam etdirməyə imkan verməyib. Azadmedia.az Bahar xanımın əhatəli və faktlara əsaslanan, düşmənin arzusunu gözündə qoyan kəsərli cavabını təqdim edir:"Azərbaycan höküməti nəqliyyatın hərəkətinə bu günə qədər heç bir məhdudiyyət qoymayıb. 3 tərəfli bəyanata əsasən də Xankəndi yolundakı quru yolla hərəkətin təşkili Rusiya sülhməramlılarına həvalə olunub. Ermənistanın öz hərbi qulluqçularını rotasiya etməsini həyata keçirməsi, minlaların yerləşdirilməsi, qeyri-qanuni istismar edilən təbii sərvətlərimizin daşınması və 3-cü ölkə vətəndaşlarının Azərbaycana qeyri-qanuni səfərlərinin təşkili üçün yoldan istifadə edilməsi ilə bağlı biz çoxsaylı faktlara malik olsaq da, Azərbaycan hökuməti nəqliyyatın bu yolla hərəkətinə heç zaman müdaxilə etməyib. Bu hərəkətlər hələ də davam edir. Rusiya qüvvələri üçtərəfli bəyanata uyğun olaraq missiyasını yerinə yetirməlidir. Biz baş verənlərlə bağlı sülhməramlıların açıqlamasını gözləyirik. 2022-ci il dekabrın 12-dən başlamış 100-ə qədər azərbaycanlı ekoloji fəalın sərt qış şəraitində Laçın yolunda etiraz aksiyası keçirməsinə paradoksal haldır ki bu yoldakı bütün fəaliyyətlərə nəzarət etməli olan Rusiya sülhməramlıları hələ indiyə onlara yaxınlaşmayıb, hansısa fikirlərini dinləməyib, bu və ya digər onlara edilən müraciətlərə hansısa bir cavab verməyib, vəziyyətdən çıxmaq üçün hansısa bir addım atmayıb. Bizimkilərin etirazı Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan regionlarında Azərbaycanın sərvətlərinin qanunsuz talanması ilə bağlıdır. Ətraf mühitə dəyən ziyanla bağlıdır. Bu, son illərin məsələsi deyil, onlar bu ərazidən dəyəri milyardlarla ölçülən sərvəti daşıyıb talayıblar. Azərbaycan cəmiyyətinin də ciddi narahatlığı ondan qaynaqlanır ki biz öz ərazilərimizi işğaldan azad etmişik, əhalimizi ora qaytarmalıyıq. Həm ərazimizin, həm sərvətlərimizin tam sahibiyik, bunun da qanunsuz yolla talanmasınln qarşısını almalıyıq.
Bütün dünyada qlobalistlər, ekoloji fəalların iştirakı ilə hər gün bu hadisələr baş verir. Hətta hökumətlər səviyyəsində belə görülən işlərə etirazlarını edirlər. Amma bununla belə onlara diqqət edilir, onların etirazı eşidilir. İndiki məsələdə təəssüf ki, bunların heç biri baş verməmişdir. Etiraz yolun şəffaflığının artırılması, qanunsuz istismar olunan faydalı qazıntı yataqlarının yoxlanılması, monitorinq ilə inventarlaşdırılması ilə bağlı razılaşdırılmış yol xəritəsinin icrası üçün haqlı tələblərlə keçirilir, çünki bu, hökumətlərarası razılaşma ilə razılaşdırılmış, atılmalı olan addımlar heç biri atılmayıb. Aksiya müstəsna dinc xarakter daşıyır. Heç kəs deyə bilməz ki burda hansısa hüquqa zidd əməl baş verib. Heç bir humanitar məqsədlər üçün hərəkətin qarşısını almaq niyyəti ortaya qoymayıb. Sosial şəbəkədən yayılan məlumatlardan da göründüyü kimi etirazlar başlayandan bu yana keçən müddət ərzində müxtəlif avtomobillər maneəsiz şəkildə bu yolu keçiblər və bu keçid indi də davam edir. Beləliklə, yolun bağlanması və bunun humanitar fəlakətlərə səbəb olmasının ordakı real vəziyyətlə heç bir əlaqəsi yoxdur. Bu, siyasi məqsədlər üçün istifadə olunur. Azərbaycan hakimiyyəti bu aksiyada iştirak etmir. Aksiya iştirakçıları vətəndaş cəmiyyəti nümayəndələri, mətbuat nümayəndələri, ictimai fəallar, ekofəallar və hökümətin müvafiq təhlükəsizliyinə baxan nümayəndələridir. Bu ərazidə yalnız təhlükəsizlik məsələlərinə Azərbaycan tərəfdən nəzarət edirlər, ona görə ora yerləşdiriliblər, heç bir halda onlar bu prosesə müdaxilə etmir və maneçilik törətmir. Bu yolla hərəkət edən mülki məqsədlərlə edilən hərəkətə heç bir məhdudiyyət yoxdur. Etiraz aksiyası başlayandan yolu keçmək istəyən heç bir mülki vətəndaşa etirazçılar tərəfdən beynəlxalq sülhün müddəalarına, yaxud Azərbaycanın milli qanunvericiliyinə zidd olan hər hansı addım göstərən bir fakt yoxdur. Bu arada Ermənistan və onun Azərbaycan ərazisində qurduğu qeyri qanuni rejim qəsdən vəziyyəti dramatikləşdurmıyə çalışır, hazırda bu rejimə rəhbərliyə gətirilən qonşu ölkəyə biznes yatırmış şəxsin Avropanın göstərdiyi məhdudiyyətlə bağlı yaşayış yerini dəyişməsi, bunun üçün də Qarabağ regionunu seçməsi və separatçı rejimin yerləşdiyi yeri seçməsi aydındır. O, hal-hazırda bu rejimin faktiki rəhbəri kimi özünü aparır və ərazidə yaşayan Azərbaycanın erməni əsilli vətəndaşlarının fəaliyyətinə, hərəkətlərinə məhdudiyyətlər yaradılr, elə vəziyyət yaradırlar guya, blokadanı Azərbaycan təşkil edir. Bütün dünyada belə təsəvvür yaransın ki, orda fəlakət yaşanır, insanlar ayrı düşüb, əraziyə ərzaq, dərman gətirilmir. Belə əsassız hayküy salmaq qərəz məqsədi daşıyır, beynəlxalq səviyyədə vurğuladığım kimi genişmiqyaslı manipulyasiya aparılır, bu da Azərbaycana təzyiqi təşkil etməkdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.