AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

  • + A
  • - A
  • 6-02-2023, 09:45

    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

    Azadmedia.az xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.
    Başsağlığında deyilir: "Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.
    Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq.
    Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.
    Allah rəhmət eləsin".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR