Yanındayıq, Türkiyəm! Yanındayıq, atam, anam, bacım, qardaşım, oğlum, qızım!
Azadmedia.az xəbər verir ki, bu sözləri deputat Jalə Əliyeva Facebook hesabı üzərində paylaşımında bildirib.
Deputat paylaşımında, “Bu səhəri şox üzücü xəbərlə açdıq. Can Türkiyədə dəhşətli zəlzələ baş verib. İnsan tələfatı 284-ə çatıb, çox sayda dağıntı var. Zəlzələ ölkənin 10 şəhərini əhatə edir. Türkiyə beynəlxalq çağırış elan edib. Yanındayıq, Türkiyəm! Yanındayıq, atam, anam, bacım, qardaşım, oğlum, qızım!” - Deyə qeyd edib.
