AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna səfirliyi Azərbaycanla xoş münasibət barədə yazı paylaşdı

  • + A
  • - A
  • 6-02-2023, 17:40

    Ukrayna səfirliyi Azərbaycanla xoş münasibət barədə yazı paylaşdı

    Ukrayna səfirliyi Azərbaycanla xoş münasibət barədə yazı paylaşdı. Yazıda ikitərəfli münasibətlərin köklərinin ötən əsrə gedib çıxdığı qeyd edilir. Azadmedia.az sözügedən yazının tərcüməsini və linkini təqdim edir:
    "Dövlətlərimiz arasında ikitərəfli münasibətlərin tarixində fevralın birinci dekadası xüsusi yer tutur.
    08 fevral 1919-cu il tarixində Ukrayna Xalq Respublikası ilə Azərbaycan Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulmuşdur. 1992-ci il fevralın 6-da Ukrayna ilə Azərbaycan diplomatik münasibətlərini bərpa etmiş, strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində yeni səhifə açmışdırlar.
    Ukrayna hər zaman Azərbaycanı qarşılıqlı hörmət və etimada əsaslanan sıx dostluq münasibətlərimiz olan dövlət kimi qiymətləndirib və belə hesab etməkdədir.
    Bu, xalqlarımızın yenidən əllərində silahla öz suverenliyini müdafiə etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində öz dövlətlərinin ərazi bütövlüyünü bərpa etməyə məcbur olduğu indiki tarixi şəraitdə xüsusi məna və əhəmiyyət kəsb edir.
    Birgə ağrı bizi daha güclü və daha inamlı etdi. Biz mütləq qalib gələcəyik! Yaşasın Ukrayna! Yaşasın Azərbaycan!
    "
    https://m.facebook.com/story.php?story_fbid=pfbid0o4p5ww8mhvY4b5yJDCHWfnzyx9aDAffvhcqavFaPXkWdEUfLpFTru1CNz4FgHhSNl&id=100007635610905&mibextid=Nif5oz



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR