Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub.
Ceyhun Bayramov, Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə qarşı tərəfə məlumat verib.
Qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığı, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2000-ə yaxın avtomobilin istifadə etdiyi diqqətə çatdırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.