Çərşənbə axşamı günündən etibarən Türkiyədə 201 Azərbaycan vətəndaşı təbii fəlakət zonasından təxliyə edilib. Azadmedia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, təxliyyə olunanlar arasında Türkiyə Respublikası vətəndaşları da var: “Onlar da təxliyə olunur. Proses davam edir. Hazırda avtobuslar yoldadır və Gürcüstanla sərhədə doğru gedir”.
Xatırladaq ki, ötən gecə Hacızadə təxliyə çərçivəsində Türkiyədə azərbaycanlıların olduğu iki avtobusun zəlzələ bölgəsini tərk etdiyini və zəlzələ bölgəsində yaşayan azərbaycanlıların siyahısının dəqiqləşdirildiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.