AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türkiyə Prezidenti Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür edib - VİDEO - SON DƏQİQƏ

  • + A
  • - A
  • 9-02-2023, 18:39

    Türkiyə Prezidenti Prezident İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür edib - VİDEO -

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

    Azadmedia.az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğan Birinci xanım Mehriban Əliyevanın tapşırığı üzrə Qaziantepdə olan Heydər Əliyev Fondunun nümayəndələri ilə görüşü zamanı deyib.

    “İlham qardaşıma, Mehriban bacıma öz adımdan, millətim adından çox təşəkkür edirəm!” Azərbaycanda xalqın zəlzələ qurbanları üçün humanitar yardıma qoşulmasından, göndəriləcək yardımlar barədə məlumatlı olduğunu deyən Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycanın yanında olduğu kimi, indi də belə çətin gündə Azərbaycanın Türkiyənin yanında olduğunu bildirib. “Öz adımdan, ailəm və xalqımız adından minnətdarlıqlarımı çatdırıram. Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”, - deyə Ərdoğan qeyd edib.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR