AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ pasportu olmasına rəğmən, ölkəsini tərk etməkdən imtina etdi

  • + A
  • - A
  • 11-02-2023, 13:16

    ABŞ pasportu olmasına rəğmən, ölkəsini tərk etməkdən imtina etdi


    Talibanla dialoqun tərəfdarı olan qadın haqları müdafiəçisi Nobel Sülh Mükafatına namizəd göstərilib.


    2021-ci ilin avqustunda Taliban hakimiyyəti ələ keçirdikdən sonra yüzlərlə qadın hüquq müdafiəçisi militant qrupun repressiyalarından qorxaraq, Əfqanıstanı tərk etdi. Lakin ölkənin ən tanınmış hüquq müdafiəçilərindən biri Məhbubə Sirac ABŞ pasportu olmasına rəğmən, ölkəsini tərk etməkdən imtina etdi.

    Talibanın təhdidlərinə baxmayaraq, 75 yaşlı Sirac qadın və qızların hüquqlarını müdafiə etməyə və məişət zorakılığından qaçan qadınlar üçün sığınacaqları idarə etməyə davam edir.

    Son 16 ay ərzində İslamçı qrup qadınların xarici görünüşünə, hərəkət azadlığına, iş və təhsil hüquqlarına ciddi məhdudiyyətlər qoyub.

    Taliban həmçinin insan haqları müdafiəçilərini, qadın fəallarını, jurnalistləri və ziyalıları hədəf alan müxalif fikirlərə qarşı amansız repressiyalar həyata keçirib. Militantlar hüquqlarını tələb edən qadınların təşkil etdiyi dinc etirazları zorakılıqla dağıdıb.

    Sirac Talibanın beynəlxalq səviyyədə tanınmamış hökuməti ilə əlaqə yaratmağa çağırdığı üçün bəzi əfqanların tənqidinə səbəb olub.

    Siracın gördüyü işləri və cəsarəti bu ayın əvvəlində Nobel Sülh Mükafatı namizəd göstərilər insanlardan ibarət qısa siyahıya düşəndə bilinib. Onun namizədliyi həbsdə olan iranlı hüquq müdafiəçisi və hüquqşünas Nərgiz Məhəmmədi ilə birgə irəli sürülüb. Qalibin oktyabr ayında elan ediləcəyi gözlənilir.

    Fevralın 1-də Oslo Sülh Araşdırmaları İnstitutu namizədləri elan edərkən hər iki qadının mükafatı "insan haqları uğrunda qeyri-zorakı mübarizəyə diqqət yetirdiyi", İran və Əfqanıstanda "qadın haqlarının qorunması üçün yorulmaz səylərinə əsaslanaraq, bölüşməyə layiq namizədlər olduğunu" deyib.

    Sirac AzadlıqRadiosunun Azadi bölməsinə deyib ki, mükafatı qazanmaq "mənim və Əfqanıstan üçün böyük şərəf olacaq".

    "Bu nominasiya əfqan qadınlarının bütün fədakarlıqlarının və səylərinin nəticəsidir. Bu, həyatını itirən, həbsdə olan və əziyyət çəkən qadınlar üçün Əfqanıstan küçələrinə çıxan və səsini ucaldanlar üçündür" - deyə, Sirac bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR