AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşğaldan azad edilən torpaqlarda yeni yaradılacaq məhkəmə və ədliyyə qurumlarının fəaliyyətə başlayacağı zaman AÇIQLANDI

  • + A
  • - A
  • 13-02-2023, 16:23

    İşğaldan azad edilən torpaqlarda  yeni yaradılacaq məhkəmə və ədliyyə qurumlarının fəaliyyətə başlayacağı zaman AÇIQLANDI

    Bu gün əsas vəzifələrimizdən biri ədalət mühakiməsi sistemini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda təmin etməkdir. Azadmedia.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov çıxışı zamanı deyib. Ədliyyə naziri işğaldan azad edilən torpaqlarda yeni yaradılacaq məhkəmə və ədliyyə qurumlarının fəaliyyətə başlayacağı zamandan da söz açıb:
    "İşğal dönəmində büsbütün dağıdılaraq minalanmış ərazilərimizdə dövlət başçısının rəhbərliyi ilə infrastruktur təzədən qurulur, o cümlədən qədim abidələrimiz, mədəni irsimiz respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə bərpa edilir.
    Həmin bölgədə bütün infrastruktur bərpa olunduqdan və soydaşlarımız öz torpaqlarına qayıtdıqdan sonra, sözsüz ki, yeni yaradılan məhkəmə və ədliyyə qurumlarımız da fəaliyyətə başlayacaqdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR