AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək qanunun aliliyini əsas meyar saydı"

  • + A
  • - A
  • 13-02-2023, 16:33

    "Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək qanunun aliliyini əsas meyar saydı"

    Ali Məhkəmənin demokratik cəmiyyətə xas olmayan nəzarət funksiyalarından azad edilməsi Ulu öndərin adı ilə bağlıdır.
    Sovet hakimiyyəti illərində keşməkeşli yollar qət edən məhkəmə-hüquq sistemimizin dayanıqlı fəaliyyəti ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir.

    Azadmedia.az xəbər verir ki, bu sözləri Ali Məhkəmənin 100 illiyinə həsr olunan beynəlxalq konfransda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib. Nazir bildirib ki, ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək qanunun aliliyini əsas meyar saydı.
    Cinayətkarlığa, korrupsiyaya qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxış edərək barışmaz münasibət göstərdi, vətəndaş məmnunluğunu təmin etdi:
    "Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan dahi öndər Heydər Əliyev demokratik, hüquqi dövlətin təməlini qoydu və mütərəqqi hüquqi islahatlar həyata keçirildi.
    Yeni, müasir qanunlar və məcəllələr qəbul olundu, üçpilləli müstəqil məhkəmə sistemi və bu hakimiyyətdə mühüm rol oynayan Ali Məhkəmə formalaşdırıldı.
    Məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Humanizm prinsiplərinə sadiqlik göstərilərək şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olundu.
    Həmçinin, Ali Məhkəmə demokratik cəmiyyətə xas olmayan nəzarət funksiyalarından azad edildi və onun sırf kassasiya instansiyası kimi yalnız hüquqi məsələləri araşdırması və prosesdə vəkilin mütləq iştirakı təsbit olundu.
    Dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi keçirilərək təyinatlar aparıldı. Əvvəlki hakim korpusu 60% təzələndi".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR