AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Fərrux Əliyev - “Təbii fəlakətlər və zəlzələ nəticəsində yaranmış “travmalar zamanı” Psixoloji yardım” - ÖZƏL AÇIQLAMA

  • + A
  • - A
  • 14-02-2023, 14:05

    Psixoloq Fərrux Əliyev - “Təbii fəlakətlər və zəlzələ nəticəsində yaranmış “travmalar zamanı” Psixoloji yardım” - ÖZƏL AÇIQLAMA




    Fərrux Əliyev
    Astara RMX-nin psixoloqu


    Təbii fəlakətlər və zəlzələ nəticəsində yaranmış travmalar zamanı psixoloji yardım barədə Azadmedia.az-a açıqlamasında Astara RMX-nin psixoloqu Fərrux Əliyev psixoloq-konsultantlara müraciət etməyin vacib olduğunu vurğulayıb.


    “​Təbii fəlakətlər, ekstremal şərait və fəlakətlərin doğurduğu dağıntı, ölüm fəlakət və fiziki travmalarla yanaşı çoxlu psixoloji travmalar yaradır. Bu psixoloji travmalar ən çox uşaq və yeniyetmələrə təsir göstərir. Çünki fəlakəti görmüş, hiss etmiş, yaxınlarını itirmiş uşaq və yeniyetmlələrin psixoloji müdafiə mexanizmləri tam formalaşmadığı üçün təzyiq və təsirlərə daha tez məruz qalır, yaratdığı travma, psixoloji fəsad bəzən bütün ömrü boyu davam edir. Bu travmalar hansılardır?

    - Acizlik və müdafiəsizlik hissi,
    - Gələcək üçün həyəcan keçirmə və dəyişiklik qorxusu,
    - Xəcalət, aşağı özünüqiymətləndirmə və günahkarlıq hissi,
    - Aqressivlik,
    - Sosial ətrafdan təcrid olma,
    - Kədər,
    - Travmatik oyunlar və təkralanan hərəkətlər,
    - Diqqət, hafizə və öyrənmə ilə bağlı çətinliklər,
    - Müxtəlif növlü qorxular,
    - Travmayla bağlı yuxugörmə və yuxunun pozuntusu,
    - Postravmatik stress,
    - Psixosomatik pozulmalar.


    Bunlar baş verdikdə insanın hadisənin təsirinə cavab reaksiyası iztirab, tam dərk etmədikdə isə travmatik reaksiya xarakteri kəsb edir. Burada göstərilən amillərin təhlili, uşaqlara psixoloji yardım ediləmsini xüsusilə vacib edir. Yaşlı adamlardan fərqli olaraq, uşaqlar çox vaxt onlara kömək lazım olduğunu anlamırlar. Nəzərə almaq lazımdır ki, hər yaş dövrü üçün psixoloji yardımın yol və vasitələri fərqli olacaqdır. Məsələn, məktəbəqədər yaşlı uşaq üçün ilk növbədə əlverişli şərait yaradılmalı, onunla hansısa oyunda iştirak etməli, ona təhlükəszilik hissi aşılanmalı, öz hisslərini verbalizə etmək öyrədiləmlidir.
    Zəlzələdən əziyyət çəkmiş uşaq və yeniyetmələrlə psixoloji reabilitasiya zamanı bir sıra metodlardan istifadə olunur.
    Oyun metodu – uşaqlarda reabilitasiya işinin əsas elementlərindən biridir. Uşaqlarda özünüqiymətləndirməni və özünənnəzarəti tərbiyə edir. Onalrın fəaliyyətini təşkil edir, onlarda norma, cavabdehlik, liderlik kimi hisslər formalaşdırır.
    Şəkilçəkmə metodu – uşaq şəkil çəkərkən özünün ifadə etmə ehtiyacını təmin edir. Öz hisslərini və fikirlərini anlamaqda çətinlik çəkən, xüsusilə də travma halında olan uşaq, şəkilçəkmə vasitəsilə onları qeyri – verbal şəkildə ifadə edir və daxili gərginliyi boşaltmağa nail olur.
    Aktiv təxəyyül metodu – müəyyən olunub ki, aktiv, yaradıcı təxəyyülü yaxşı inkişaf etmiş uşaqlar travmanın öhdəsindən nisbətən daha asan gəlir və mühitə daha yaxşı uyğunlaşırlar. Təxəyyül məşqlər və çalışmalar vasitəsilə inkişaf etdirilir və nəticədə təkmilləşir. Bu məşğələlər həmçinin uşağın daxili aləmini öyrənməyə, qorxu və iztirab sferalarını aşkar etməyə, eləcə də travmatik təcrübənin təsirindən çıxmağa imkan yaradır. Məşğələ bitdikdən sonra uşaqların öz hisslərini və emosiyalarını ifadə edərək məşğələni təhlil etməyə həvəsləndirmək lazımdır.
    Metafora metodu – Uşaqlara atalar sözləri, nağıllar, ibrətamiz hekayələr, əfsanələr söylənilir, onların üzərində rollu oyunlar qurulur və uşaqlara bu söylənilənləri aydınlaşdırmaq tapşırığı verilir.
    Bu metodlar fərdi, qrup, kütləvi və valideynlərlə birgə formlarda aparılır. Həmçinin uşaq və yeniyetmənin hafizəsində dərin izlər qoyaraq onlarda güclü hisslər yaradır, travmalarının öhdəsindən gəlməyə yardımçı olur.
    Ən başlıcası isə mütəxəssilərin olduğu bir ortamda, travmaları aradan götürmək üçün psixoloq-konsultantlara müraciət etmək vacibdir.”

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR