AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kanadalı Prof. Edvin Nissen - “Bu bir çox seysmoloqun gözləmədiyi böyük bir zəlzələ idi“ - ÖZƏL

  • + A
  • - A
  • 15-02-2023, 11:20

    Kanadalı Prof. Edvin Nissen - “Bu bir çox seysmoloqun gözləmədiyi böyük bir zəlzələ idi“ - ÖZƏL



    Kanadalı professor: “Belə bir zəlzələ proqnozlaşdırılmırdı.”

    Azadmedia.az xəbər verir ki, Kanadanın Viktoriya Universitetinin yer və okean elmləri fakultəsinin professoru Edvin Nissen, Kahramanmaraş mərkəzli zəlzələlərlə ilə bağlı verdiyi açıqlamasında "Bu bir çox seysmoloqun gözləmədiyi böyük bir zəlzələ idi", - deyib.

    Professor Nissen keçmişdə Şərqi Anadolu qırılma xəttində baş verən zəlzələlərin 6.8-7 bal civarında olduğunu xatırladaraq "Əslində 6,8 bal gücündə olan zəlzələ meydana gələn enerji baxımından 7,8 bal gücündəki zəlzələdən 30 dəfə zəifdir. 7,8 və 6,8 bal gücündəki zəlzələlər arasında böyük fərq var. Bu bir çox seysmoloqun gözləmədiyi böyük bir zəlzələdir", - deyə bildirib.

    Türkiyənin 1000 illik zəngin bir tarixə malik olduğunu və 100 il əvvələ gedən böyük zəlzələ qeydlərinin olduğunu bildirən Nissen, bu qırılma xəttində heç kimin 7,8 bal gücündə zəlzələ olacağını gözləmədiyini bildirib.

    Nissen Şərqi Anadolu qırılma xəttində 7 bal gücündəki böyük zəlzələlərin 20-ci əsrdə və ondan əvvəl baş verə biləcəyini və bu zəlzələnin tamamilə gözlənilməz olmasa da təəccüblü olduğunu vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR