AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsveç xarici işlər naziri Tobias Billström: Türkiyədə baş verən fəlakətin ağrısını paylaşırıq - Eksklüziv

  • + A
  • - A
  • 15-02-2023, 15:27

    İsveç xarici işlər naziri Tobias Billström: Türkiyədə baş verən fəlakətin ağrısını paylaşırıq -



    İsveç xarici işlər naziri Tobias Billström, Kahramanmaraşda baş verən zəlzələlərə görə Türkiyənin ağrısını paylaşdıqlarını ifadə edərək, Türkiyə və Suriyaya 37 milyon kron (təxminən 3 milyon 558 min dollar) yardım göndərdiklərini bildirib.

    Azadmedia.az xarici kiv-ə istinadən bildirir ki, İsveç Parlamentində xarici siyasət iclasından əvvəl açıqlama verən Billström, "əsrin fəlakəti" olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən zəlzələlərə görə Türkiyə və Suriya xalqı ilə həmrəy olduqlarını vurğuladı və dedi: "Türkiyədə baş verən fəlakətin acısını paylaşırıq. İsveç bu fəlakətə biganə qalmayıb və 37 milyon kron maddi yardım edib. O, həmçinin bölgəyə axtarış-xilasetmə qrupu göndərib", dedi.

    Billström, "Türkiyəyə kömək etməyə davam edəcəyik və əlimizdən gələni edəcəyik. Avropa Birliyi (AB) Komissiyasının sədrliyi ilə Brüsseldə keçiriləcək toplantıda Türkiyə və Suriyaya iqtisadi və sosial yardımları müzakirə edəcəyik," ifadəsini işlətdi.

    İsveçin NATO-ya üzvlük üçün müraciəti İsveçin NATO-ya üzvlük müraciəti ilə bağlı Billström aşağıdakı qiymətləndirmələri edib:
    "Ötən il İspaniyanın Madrid şəhərində Finlandiya, İsveç və Türkiyə arasında imzalanan NATO ilə bağlı Üçtərəfli Memorandum davam edir. Biz də bu razılaşmaya əməl edirik. Təbii ki, xarici işlər naziri Mövlud Çavuşoğluna sonuncu dəfə zəng edəndə zəlzələ fəlakəti ilə bağlı danışdıq. Fəlakət daha vacibdir. İrəlidəki dönəmdə NATO haqqında danışarıq”.

    Parlamentdəki çıxışında İsveçin etibarlı NATO müttəfiqi olacağını bildirən nazir Billström, "Terrorla mübarizə Türkiyə və Finlandiya ilə üçlü Memorandumun bir hissəsidir. Biz bütün öhdəliklərimizi yerinə yetirəcəyik" deyib.

    Ü. Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR